1. İnternetdə mübahisə etmək mənasızdır.

    2. Bütün yazılanlara tənqidi yanaşın, hətta öz yazılarınıza belə.

    3. Paylaşmaq istədiyiniz bir şeyi bir neçə dəfə oxuyun və yoxlayın.

    4. Yadda saxlayın ki, “ Vikipediya” tez-tez yanılır.

    5. İnstagram və ya başqa sosial şəbəkələrə birdən-birə çoxlu şəkil yükləməyin.Bu izləyiciləri yorur. 

http://imageshack.com/a/img902/9366/almajR.png

 

  6. Hər gün eyni yerdə və oxşar şəkillər çəkdirmək maraqsız və cansıxıcıdır. 

http://imageshack.com/a/img661/5387/cVJghq.png

    7. Öz səhvlərinizi etiraf etməyi bacarın, hətta virtual aləmdə belə.

    8. Bütün məqalə müəllifləri məqalələrinin maksimum dərəcədə yaxşı hazırlamaq istəyirlər və çalışırlar, amma bu hər kəsdə alınmır.Bu sizə onları təhqir  etməyə səbəb verməməlidir. Hər kəsin yazısına hörmətlə yanaşmağı bacarın.

    9. Cəmiyyətdə social faciələr baş verərkən qəti sürətdə şənləndirici paylaşımlar etməyin.

    10. Mümükün qədər fikrinizi qısa və konkret yazmağa çalışın.

    11. İnsanlara ümumiyyətlə maraqlı deyil siz nə ilə qidalandığınız. Buna görə yeməklərin şəklin çəkib sosial şəbəkələrdə yerləşdirmək çox vaxtı sərt qınaqla nəticələnir. 

http://imageshack.com/a/img661/5001/VKyrtW.png

   

    12. Əgər hansısa mübahisəli mövzuda öz pozisiyanızdan əminsinizsə bunu dəflərlə sübut etməyə çalışmayın, çünki başqaları buna daha etibarsız yanaşmağa başlayacaq.

    13. Caps Lock-dan istifadə etməyin. Bu oxuyucuları qıcıqlandırır çox vaxt.

    14. Bir şəkli və mövzunu sizə aid olan bütün səhifələrdə paylaşmayın. Oxucu bir şeyi bir dəfədən artıq görmək istəmir. Əks təqdirdə bu onda yorğunluq yaradır.

    15.Körpə və uşaq şəkillərini payalaşarkən sərhədləri aşmayın. Eyni mövzuda həddindən artıq şəkil paylaşımı maraqsızdır.

http://imageshack.com/a/img537/2893/GxQw83.png

    16.Paylaşım edərkən mənbəni qeyd etməyi unutmayın.