İnstagramın yeni funksiyası yanınızdakı istifadəçinin adını axtarışa vermədən, onu tapmaq imkanını verir. Bəli, bəli. Bunun üçün dostunuzun və ya tanışınızın sizə şəxsi teqini göstərməsi və sizin həmin teqi skan etməyiniz kifayətdir.
Teqi göstərmək üçün istifadəçi şəxsi profilinə daxil olmalı və sağ hissədə, yuxarıda yerləşən menyunu açaraq, “Nametag” düyməsinə basmalıdır. Əgər siz, kiminsə teqini skan etmək istəyirsinizsə, həmin menyuda yerləşən “Discover people” düyməsinə basın.
Teqlərin görüntüsünü istəyinizə uyğun dəyişməkdə azadsınız: rəng seçə və stikerlər əlavə edə bilərsiniz. Bundan əlavə teqlərinizi sosial media hesabları və SMS vasitəsi ilə paylaşa bilərsiniz.
Sözü gedən “Nametag” funksiyası yaxın zamanda bütün iOS və Android istifadəçiləri üçün əlçatan olacaqdır.