İnsanları zamanla, onların hərəkətlərinizə verdiyi reaksiyalardan, davranışlarından müəyyən qədər tanıya bilirsiniz, ancaq bəzi reaksiyalar var ki, insanlar bunu bildirmək istəməsə də hərəkətləri onları ələ verir. Sizə isə o hərəkətlərin mənasını öyrənmək qalır.
Aşağıda qeyd etdiyimiz 12 situasiya sizə ətrafınızdakıların hərəkətlərini analiz etmək üçün kömək edəcək.
- Əgər qarşınızdakı insandan sualınıza doğru cavab almaq istəyirsinizsə, bu sualı onun hazır olduğu vaxtda soruşun. Sualınızı verərkən göz kontaktının olmasına diqqət edin, bu vəziyyətdə həmin şəxs hər şeyi danışacaq.
- İnsanları özünüzə inandırmaq istəyirsinizsə, danışarkən qarşınızdakı şəxs oturmalı, siz isə ayaqüstdə olarkən danışmalısınız. Bu onların sizə inanmasını tezləşdirəcək.
- Söhbət zamanı insanların adını çəkərək müraciət etmək inamı və dostluğu artır, eyni zamanda onlara təsir etməyinizə də səbəb olur.
- Əgər kimsə sizdən xoşlanırsa, sizinlə söhbətdə gözlərini normal haldakından daha çox qırpır.
- Qarşınızdakı şəxsin gülüşünün təbii və ya saxta olduğunu bilmək istəyirsinizsə, gözlərinin kənarlarına diqqət edin. Həqiqətən gülərkən göz kənarlarında qırışlar yaranır.
- İnsanların ayaqlarına diqqət edin. Həmsöhbətiniz üçün mövzunun maraqlı olub olmadığını bilmək istəyirsinizə, ayaqlarının hansı istiqamətdə olduğuna nəzər yetirin. Sizə tərəfdirsə, söhbətiniz ona da maraqlıdır, əks hallarda isə deyil.
- Olduğunuz məkanda, görüşdə və ya tədbirdə insanların arasında kimlərin kimlə yaxın olduğunu öyrənmək istəyirsiniz? O zaman onlar arasında zarafat edin, gülərkən toqquşan baxışlara diqqət yetirməyiniz kifayətdir.
- Mübahisələrdə üstün və qalib olmaq üçün kiçik, həm də çox vacib tövsiyəmiz var. Sakit olursunuz və fikirlərinizi təmkinli şəkildə ifadə edirsiniz.
- Bədən dilində “güzgü” üsulundan istifadə etmək inamı artırır. İnsanlarla ünsiyyətdə olan zaman, onların hərəkət və mimikalarını özünüzə tətbiq etsəniz sizə qarşı daha inamlı olacaqlar.
- İnsanların ağlına ilkin ideya toxumu əkmək üçün onlara bu haqda düşünməməyi deyin. Məsələn, elə sizdə yoxlayaq. FİL düşünməyin. Siz nə düşdünüz? 🙂