Polşalı fotoqraf Arkadiusz Podniesinski, Fukuşima nüvə fəlakət bölgəsini keçən ay ziyarət etmişdir. Yasaq ərazi olaraq adlandırılan, fəlakətdən ən çox təsirlənən bölgəyə girdiyində özünü qiyamət sonrası (post-apocalyptic) mövzulu bir filmin içində kimi hiss etdiyini söyləyir. Onu da qeyd edək ki, fotoqraf bu mövzuda təcrübəlidir; daha əvvəllər Çernobil’dakı yasaq ərazini də ziyarət etmişdir.
Nüvə enerjisi, əslində bütün dünyada mübahisəli olan bir mövzudur. Üstünlükləri ilə yanaşı necə fəlakətlərə yol aça biləcəyini də təəssüf ki, nümunələrdə görürük.
Nüvə stansiyanın yaxınlığında tərk edilmiş ərazilər təbiət tərəfindən ələ keçirilmişdir.
Bəzi avtomobillər hətta bitkilər arasında tamamilə itmiş vəziyyətdədir.
Çəkilişlər əsnasında radiasiya səviyyəsini ölçərkən…
Zəncirlənmiş motosiklet yavaş yavaş bitkilərə təslim olur.
Radiasiyadan təmizləmə işləri əsnasında toplanan televizorlar.
Supermarket hörümçəklər tərəfindən işğal edilmişdir.
Supermarketin başqa bir bucaqdan fotosu: Qorxu filmindən bir səhnəni xatırladır …
Yemək masası yemək əsnasında bir anda tərk edilmişdir.
Əyləncə parkı…
Bir pianonun olduğu bir otaq…
Sunamiyə səbəb olan zəlzələnin zərər verdiyi bir bina.
Sahiblərinin qaçdığı velosipedlər
Şagirdlərinin dərsi yarım buraxaraq qaçdığı bir sinif
Bomboş bir oyun salonu
Çirklənmiş torpaqda minlərlə torbanın saxlanıldığı tullantı sahəsi
Yer qazanmaq üçün torbalar üst-üstə yerləşdirilmişdir
Ərazi sahiblərinə torbaların aparılacağı deyilmişdir, amma buna artıq inanmırlar.
Çirklənmiş otları yeyən inəklərin bədənin də ağ nöqtələr yaranmışdır.
Lövhədəki yazı: “Nüvə enerjisi, parlaq gələcəyin enerjisidir”