Belçika, 1958-ci il. İnsanlar balaca afrikalı qız uşağını seyr edir. Bura insan zooparkıdır. O uşağı kiçik sərhədin içinə atıb onu aşağılayırlar əslində. 1957-ci il 4 oktyabrda SSRİ ilk süni peyki kosmosa buraxır. Belçikada isə elm adı altında insanları qəfəslərə salıb insan parkı açırlar.
Ən ürək ağrıdıcısı isə bir atanın bu hala salınması idi. Yenə bir afrika yerlisi Oto Benga. Adının mənası öz dilində “dost” deməkdir. 1904-cü ildə, Samuel Verner adlı təkamülçü araşdırmaçı tərəfından Konqoda tapılmışdı. Ailəli idi və iki uşağı var idi, amma zəncirləndi və ABŞ-a aparıldı. New York’dakı Bronx zooparkına apardılar. Bir neçə şimpanze, Dinah adı verilən bir qorilla və Dohung adı verilən bir oranqutan ilə birlikdə “insanın keçmiş ataları” adı altında sərgilədilər. Zooparkın təkamülçü müdürü Dr. William T. Hornaday, bu ələdüşməz “ara geçiş forması”na sahip olmağnın özünə verdiyi qürur haqqında uzun çıxışlar etmiş , ziyarətçilər də qəfəsə qoyulan Ota Bengaya sıradan bir heyvan kimi davranmışdılar. Ota Benga, ən sonda məruz qaldığı şeylərə dözməyərək intihar etdi və nə qədər axmaqyana olsa da baş verənlərin bir səbəbi var idi. Onların heyvana bənzəməsi.
Heyvana bənzəyir yaxud heyvandır! Bunu onu qəfəsə qoymaqla nə əlaqələndirə bilər? Əgər bir insanın qəfəsə qoyulması və onun intihar etməsi sizin ürəyinizi ağrıdırsa o zaman niyə heyvanlar qəfəsə qoyulmalıdır? “Animal World” adlı jurnalın 1875-ci il tarixli bir nömrəsində “onu tutmağa çalışan ovçunun əllərinə düşmək yerinə uçurumdan tullanıb intihar edən bir maraldan” söz açılır. Məsələn Çin zooparklarının birində “həbs”dən bezən ayı balasını öldürmüş daha sonra özünü öldürmüşdür, yəni intihar etmişdir.
“12 il köləlikdə” filmində kölə olan ailədə övladları anadan ayırıb ayrı-ayrı satırlar. Bunu ürək acısı ilə izləyirik. Bəs o heyvanların valideynlərindən ayrıldığını düşünmürükmü? Hələ körpə ikən götürülür və zooparka gətirilir. Yaxud yolda pişik balası görüb əlinə alıb blokunun ağzına kimi gətirmirsən? Evə girərkən “buna baxmaq çətin olar” deyə fikrindən dönüb elə oradaca da qoyursan. Eynən orqan mafiyası kimi. Bəlkə də anası yemək gətirməyə getmişdi və qayıdıb balasını qoyduğu yerdə tapmır. Bu gün sirkdəki və zooparkdakı bütün heyvanların aqibəti o cür başlayıb.
Bəzilərinin yemək belə vermədiyi halda… lap olsun ki, yemək verirlər, amma qarşılığında onların azadlığını alırlar. Heç qarşılığında da deyil. Bəs o dar, beton çərçivənin içində həmin timsah yox sən olsaydın? Üç gündür baxıcı işə çıxmayıb deyə ac qalan pələng sən olsaydın? Qəfəsin içində vurnuxsaydın?
Hətta təzyiqə məruz qalaraq barmaqların üstündə gəzməyə məcbur olunsaydın? Bəli sirklər əyləncəli deyillər, işgəncəlidirlər. Tim Frisco adındaki sirk təlimçisi yeni nəsillərə bir fili necə yola gətirə biləcəklərini belə açıqlayır. “qarmağı batır … qışqırığı eşitdiyin an demək ki, diqqətini cəlb eləmisən .” Frisco bunu bir sirk təlimçisi olan atasından öyrənmişdi, sirk təlimçisi olmaq istəyən yeni nəsillər Friscodan öyrənəcək və bu işgəncə beləcə irəliləyib gedəcək.
Heyvanlar buna məcbur deyil. Övladlarınızın və sizin heyvanları yaxından görmək istəyinə görə heyvanlar buna məcbur deyillər.
Buna bir son vermək lazımdır. Buna etmək üçün əziyyət çəkmək lazım deyil. Hətta əziyyətə verməyin özünüzü. Bir daha heç vaxt sirkə getməyin. Bir daha zooparka getməyin. Bu sizə onsuzda heç bir şey qazandırmayacaq. Sirk dediyiniz şey heyvanların sizi axmaq hərəkətlərlə güldürməyə məcbur edildiyi yerdir. Siz bəlkə də Şirin halqadan tullanmağına heyrətlə baxırsınız, amma onlar buna işgəncə kimi baxırlar. Siz uşaq deyilsiniz. Uşaqlar sual verə bilər, “heyvansız da sirk olar?”. Əslində olar. Bəzi ölkələr heyvanların sirkdə istifadə olunmasını qadağan edib: İlk dəfə Boliviya, daha sonra Yunanıstan, Kosta Rika, Avstriya, Singapur, Finlandiya, Hindistan, Portuqaliya. Əgər bir insan istəyirsə sirkdə şou göstərə bilər, istəmirsə yox, amma bir heyvan buna məcbur edilə bilməz.
Hazırladı: Ramin Ağaquliyev