Psixoloq Arthur Aron 20 il öncə olduqca maraqlı bir sınaq keçirdi. O, daha öncə tanış olmayan kişi və qadını öz laboratoriyasına dəvət etdi və onlara biri-birinə ünvanlamalı olduqları 36 sualın siyahısını verdi. Onlar suallara səmimi cavab verməli, suallar bitdikdən sonra isə 4 dəqiqə ərzində biri birlərinin gözlərinin içinə baxmalı idi.
İnanılmazdır ancaq 6 ay sonra həmin kişi ilə qadın ailə qurmaq qərarına gəldi.
Bu sınaq niyə işləyir?
İnsanlar biri-birlərinə həssas olduqları mövzuda suallar verərkən və səmimi cavablar alarkən, onlar arasında yaxınlıq və güvən hissi yaranır. Bu suallardan həm də, münasibətlərin terapiyası zamanı effektivdir. Bu suallardan sonra sevgi qığılcımları qaçınılmazdır:
- Bütün dünyadaki insanlardan kimi nahar yemək üçün qonaq dəvət edərdin?
- Məşhur olmaq istərdinmi? Nə ilə və ya necə məşhur olmaq istərdin?
- Zəng etmədən öncə deəyəcəklərini məşq edirsənmi? Bunu niyə edirsən?
- Mükəmməl gün sənin üçün necədir?
- Ən son nə zaman özünlə baş-başa ikən mahnı oxumusan? Bəs kimin üçünsə?
- Hansını seçərdin: həyatının yaxın 60 ili ərzində 30 yaşında ikən sahib olduğun bədənini ya ağlını qoruyub saxlamağı?
- Necə öləcəyin barədə təxminlərin varmı?
- Yoldaşını və sənin 3 ortaq cəhətini de.
- Həyatında nə üçün böyük minnətdarlıq hissi keçirirsən?
- Tərbiyəndə nəyisə dəyişmək imkanın olsaydı, bu nə olardı?
- Yoldaşınıza 4 dəqiqə ərzində bacardığın qədər geniş formada həyat hekayəni danış.
- Sabah oyandığın zaman xüsusi bacarıq və ya xüsusiyyətlə oyanmaq imkanın olsaydı, bunun hansı bacarıq və xüsusiyyət olmasını istərdin?
- Xrustal şar sənə həyatın, gələcəyin haqqında həqiqətləri danışa bilsəydi, nəyi öyrənmək istərdin?
- Uzun zaman xəyalını qurduğun nələrsə varmı? Onu niyə həyata keçirmədin?
- Həyatın boyu qazandığın ən böyük nailiyyət hansıdır?
- Dostlarında ən çox nəyi qiymətləndirirsən?
- Ən dəyərli xatirən hansıdır?
- Bəs ən qorxulu xatirən?
- İl ərzində qəfildən öləcəyini bilsən, həyatında nəyi dəyişərdin? Niyə?
- Dostluq sənin üçün nədir?
- Sevgi və bağlılıq sənin həyatında hansı rolu oynayır?
- Yoldaşının 5 mənfi cəhətini say.
- Ailə üzvlərin nə qədər yaxındır? Uşaqlığının bir çox insanların uşaqlığından daha xoşbəxt keçdiyini düşünürsənmi?
- Ananla münasibətin haqqında nə düşünürsən?
- «Biz» sözü ilə başlayan 3 reallığa yaxın cümlə qur. Misal üçün, «Biz ikimizdə bu otaqda düşünürük ki,…».
- Cümlədəki boşluğu doldur: «Mən kiminləsə … bölüşmək istərdim».
- Yaxın dostluq münasibəti qurmaq istədiyin bir kəs, sənin haqqında nəyi bilməlidir?
- Yoldaşına onda bəyəndiyin şeylər haqqında danış. Bacardığın qədər dürüst ol.
- Həyatındaki ən xoşagəlməz an haqqında danış.
- Ən son nə zaman və niyə ağladığını yadına sal.
- Nə sənin üçün o qədər ciddi bir məsələdir ki, onunla bağlı zarafat etmək mümkün deyil?
- Bu gecə öləcəyini bilsən, kimə və hansı vacib məsələ haqqında danışmaq istərdin?
- Evin və bütün var-dövlətin yandı. Yaxınlarını xilas etdikdən sonra evə qayıdıb hər hansı bir əşyanı xilas etmək imkanın var. Bu nə olardı? Və niyə məhz onu seçdin?
- Ailə üzvlərindən kimin ölümü səni daha çox sarsıdardı? Niyə?
- Bir problemini yoldaşınla paylaş və onu həll etmək üçün məsləhət al.
- İlk sevgin haqqında danış.
Bu sınağı sevdiyiniz insanla aranızda keçirin. Əgər sevdiyiniz insana hələ də rast gəlməmisinizsə, bu suallar sizə kömək edəcək, çünki psixologiya möcüzəvi elmdir!