http://imageshack.com/a/img538/3210/LFVRfn.jpg

Moskitlər. İnsan və heyvan xəstəliklərinin daşıyıcısı hesab olunurlar. Moskitlər tropik və subtropik qurşaqda yayılıblar. Hər il moskit sancmasından 2-3 mln. insan dünyasın dəyişir.


http://imageshack.com/a/img674/5876/nqNNqS.jpg

Bu itidişli balıqlar arasında ən təhlükəli növ – ağ köpəkbalığıdır. Köpəkbalığının yaşayış arealı Şimal Buzlu okeandan başqa bütün okeanları əhatə edir. Hər il 400-ə qədər insan köpəkbalığının qurbanına çevrilir.


http://imageshack.com/a/img745/4345/qURFja.jpg

Meymunlar. Cənubi Asiya ölökələrində meymunlar insanların yaşayış ərazilərinə yaxın yerlərdə məskunlaşmışlar. Qida axtarışı zamanı onlar insanın, hətta uşaqların üzərinə toplu şəkildə hücum edirlər. Bu cür hücumlar insan üçün ölümcül xarakter daşıyır.


http://imageshack.com/a/img673/4823/gVrEqG.jpg

Əqrəblər. Məskunlaşma sahəsi – Asiya , Afrika , Cənubi və Şimali Amerika. Hər il əqrəb sancmasından 2000-ə qədər insan ölür.


http://imageshack.com/a/img674/5886/NhBiPG.jpg

Kərgədan. Afrikanın ən vəhşi heyvanlarından biri. Bu heyvanı özündən çıxartmaq olmaz qətiyyən, çünki olduqca aqressiv xarakterə malikdir. Qıcıqlandıqda isə bütün gücündən istifadə edir.


http://imageshack.com/a/img911/65/YQxoa4.jpg

Zəhərli meduzalar. Meduzaların “silah”-ı insanın sinir sistemini iflic edir, ya da ki avtomatik olaraq ürəyin dayanmasına səbəb olur. Meduzalar dünya okeanı boyu məskunlaşmışlar.


http://imageshack.com/a/img661/2044/9egVAr.jpg

Zəhərli ilanlar. Zəhərli ilanlar əsasən özləri üçün potensial təhlükə hiss etdikdə hücum çəkir. Məskunlaşma sahəsi olduqca genişdir – Avstraliya, Asiya, Afrika, Cənubi və Şimali Amerika, Avropa. Hər il ilan çalmasından dünyada 125 000 insan ölür.


http://imageshack.com/a/img674/2363/1CgRcn.jpg

Arılar. Arılar xüsusi mövsümlərdə aqressivləşir və istənilən xarici mühit qıcıqlanmasına hücumla cavab verirlər. Hər il 400 insan arıların hücumuna məruz qalaraq həyatların itirir.


http://imageshack.com/a/img913/3373/aMuALQ.jpg

Fillər. Heyvanlar arasında yüksək intellekt və həssaslığa malik fillər kənardan sakit heyvanlar kimi görünə bilər, amma bu belə deyil. Fillərin hərəkəti və aqressiyası olduqca gözlənilməz olur və həmin momentdə filin hədəfinə gələn insan onun ayaqları altından sağ çıxmır. Hər il 300-ə qədər insan fillərin aqressiv hücumuna məruz qalaraq dünyasını dəyişir.