Biz uşaq ikən hər kəs civənin təhlükəli olduğu haqqında danışardı, ancaq heç kəs bizə sıradan suyun belə ölümə səbəb ola biləcəyini deməmişdir. Bu günki yığmaya aşırı miqdarda istifadə olunduğu halda öldürən qida məhsullardan ibarətdir.
- Qəhvə
Qəhvə kofeinlə zəngindir. Kofein isə ürək döyünməsini sürətləndirən və hətta ürəyin dayanmasına belə səbəb olan narkotik vasitədir. Gün ərzində 70 stəkan qəhvə 70 kilo çəkisində insan üçün ölümə bərabərdir.
- Gilas
İnanılmaz olsa da, faktdır ki, gilas insanı oksigendən məhrum edə bilər. Gilasın tumlarının tərkibində sianid adlı zəhər mövcuddur. Tumu təsadüfən udduğunuz an.. yox, heç nə baş verməyəcək. Çünki təhlükə tumun içərisində olan dənəciklərdədir. Tumu qırıb içindəki cəmi 2 qram dənəciyi yemək, ölmək üçün kifayətdir.
- Spirt
Çəkiyə görə dəyişməsi şərti ilə, orta hesabla 13 badə güclü spirtli içki dəhşətli fəsadlara yol aça bilər. Belə ki, spirt insan beyninin strukturunu dəyişir. Daha dəqiq desək isə, beyindən orqanlara siqnal ötürən neyromediatorların səviyyəsi düşür və nəticədə nəfəs və ürək döyünməsinin fəaliyyəti yavaş-yavaş dayanır.
- Şokolad
İtiniz varsa, şokoladın bir canlı üçün zərəri barədə az-çox məlumatınız var deməkdir. Şokoladın tərkibində olan teobromin təkcə heyvanlar üçün deyil, insanlar üçün də ölüm deməkdir. 85 plitka şokolad yediyiniz gün son gününüz ola bilər.
- Su
Təxminən 6 litr su təhlükə deməkdir. Belə ki, orqanizm bu miqdarda su qəbul edərsə, hüceyrələr şişməyə başlayar. Bu da baş ağrılarına, daha sonra isə komaya səbəb olacaqdır.