Ürəyimiz yanır, ürəyimizə gəlir, ürəyimizdən keçir, ürəyimizə damır.. Bu parçamız bizi var edən və bizi insan edən parçadır və onun haqqında bilmədiyimiz çox şey var.
- Yetişkin insanın ürəyi dəqiqə ərzində orta hesabla 72 dəfə, gün ərzində 100 000 dəfə, il ərzində 36 500 000, bütün həyatı ərzində isə 2,5 milyard dəfə döyünür.
- Mətbəxdəki kranın 45 il ərzində açıq qalaraq, buraxacağı su, insan ürəkdə həyat boyu dövr etdiyi qana bərabər olacaq.
- Gün ərzində ürəyimizin ixrac etdiyi enerji maşının 32 km yol getməsi üçün kifayətdir. İnsanın həyatı boyu ürəyin ixrac etdiyi enerji ilə isə Aya gedib gəlmək mümkündür.
- Ürək embrion ana bətnində 4 həftəlik ikən döyünməyə başlayın.
- Qadının ürəyi kişinin ürəyinə nisbətən daha sürətli döyünür. Qadının dəqiqə ərzində ürəyi orta hesabla 78 dəfə döyünürsə, kişinin ürəyi orta hesabla 72 dəfə döyünür.
- İnsan nə qədər savadlı olsa, ürək xəstəliklərinə tutulma təhlükəsi bir o qədər azdır. Bu fakt elmdə sübutunu tapmışdır.
- Ürək tutmaları ən çox bazarertəsi baş verir. Təsadüfmüdür sizcə?
- Ürək elektrik impulslar ixrac edir. Bu səbəbdəndə müəyyən oksigen ehtiyyatı ilə ürək insan bədənindən ayrıldığı zaman bir müddət döyünməyə davam edir.
- Ürək insan orqanizminin ən fəal orqanıdır.
- İsveç alimlərinin apardığı araşdırmalar göstərmişdir ki, xor oxuyan zaman iştirakçıların ürəyi sinxron döyünməyə başlayır.