Bəzi rəvayətlərdə bu sümüklərin müsəlmanlara aid olduğu bildirilıir. Çexiyada hər il milyonlarla insanın ziyarət etdiyi qeyri-adi kilsə var. Paytaxt Praqanın 70 km şərqindəki Kutna Hora qəsəbəsində yerləşən bu məbədin adı “Sümük Kilsəsi”dir. Həqiqi adı “Sedlek” olan bu kilsənin ilk baxışda digərlərindən heç bir fərqi yoxdur. Amma kilsənin daxili dekorasiyası insan sümükləri ilə dizayn edilib. İnsan sümüklərini məbədin dəhlizində, mehrabında, iri çilçıraqlarında və s. yerlərdə görmək mümkündür.
Kilsənin XIII əsrə söykənən qəribə bir tarixi var. Məlumata görə, 1278-ci ildə Bohemia kralı Otakar baş rahib Abbat Henrini müqəddəs torpaqlara ziyarətə göndərir. Baş rahib Qüdsdən qayıdarkən özü ilə o yerin torpağından apararaq Sadlekdəki qəbiristanlığa səpir. Bundan sonra həmin qəbiristanlıq qüdsiyyət qazanır. Hamı burda basdırılmağı arzulayır və 40 il ərzində bu yerə 30 000-ə yaxın insan basdırılır.
Məlumata görə, XV əsrdə bu yerdə kilsə tikilir və məzarlarda olan insanların sümüklərindən də istifadə olunur. XVIII əsrdə isə yenidən tikilən kilsədə iddialara görə, 40 000 insanın sümüyündən istifadə olunaraq bu günkü əsərlər yaradılır.
Başqa bir rəvayətdə isə bu sümüklərin müsəlmanlara aid olduğu bildirilir. Belə ki, 1218-ci ildə dövrün papası Səlib yürüşlərində öldürülən 40 000 müsəlmanın sümüyünü qürur mənbəyi kimi ölkəyə aparıb və bu sümüklərdən kilsə tikilməsini əmr edib.