- Gün ərzində 1 qutu siqaret çəkən insan il ərzində yarım stəkan qatran içmiş hesab olunur.
- İnsan canlı aləminin yeganə nümayəndəsidir ki, düz xətlər çəkə bilir.
- Sarışın insanlarda brünetlərə nisbətən saqqal daha tez çıxır.
- Gülüş zamanı insanda 17 əzələ işləyir.
- Ağ ciyərin səthi 100 kvadrat metrdir.
- İnsan DNK-sinda 80000 gen mövcuddur.
- Kişilərin boyu 130 sm-dən aşağı, qadınların boyu isə 120 sm-dən aşağı olduqda cırtdan sayılırlar.
- Leykositlər insan orqanizmində 2-4 gün, eritrositlər isə 3-4 ay yaşayırlar.
- Fransızlarda əl barmaqların adları: pus, indeks, major, anüler, orikülerdir.
- Hər barmaq insan həyatı boyu 25 milyon dəfə əyilir.
- İnsanın ürəyinin ölçüsü onun yumruğu boydadır. Orta yaşlı insanın ürəyinin çəkisi 220-260 qramdır.
- İnsan orqanizminin tərkibinə cəmi 4 mineral daxildir: apatit, araqonit, kalsit, kristobalit.
- Gün ərzində insan beyni bütün dünyanın telefonlarından çox elektrik impuls yaradır.
- İnsan orqanizmində yaşayan bakteriyaların cəmi çəkisi 2 kiloqramdır.
- İnsan beynində 1 saniyədə 100 000 kimyəvi reaksiya baş verir.
- İnsan ağ ciyərinin səthinin sahəsi tennis kortunun sahəsinə bərabərdir.
- İnsan doğulduqda onun beynində 14 milyard hüceyrə olur və bu say ölümün sonuna kimi artmır, əksinə 25 yaşdan sonra günə 100 000 min azalır. Bir səhifənin oxunmağına sərf edilən 1 dəqiqə ərzində 70 yaxın hüceyrə ölür. 40 yaşından sonra beynin deqradasiyası kəskin sürətlənir, 50 yaşdan sonra isə neyronlar (beyin hüceyrələri) solur və beynin həcmi azalır.
- İnsanın nazik bağırsağı sağlığında 2.5 metr uzunluğda olur. Ölümündən sonra bağırsağın divarının əzələləri boşaldığından onun uzunluğu 6 metrə çatır.
- İnsanda təqribi 2 milyon tər vəzi mövcuddur. Orta yaşlı adam hər litr tər tökdükdə 54% kalori itirir. Kişilər qadınlara nisbətən 40% çox tərləyirlər.
- İnsanın sağ ağciyəri sol ağciyərinə nisbətən özünə daha çox hava yerləşdirir.
- İnsan gözü 10 000 000 rəng çeşidi fərqləndirməyə qadirdir.
- İnsan ağzında 40 000 bakteriya mövcuddur.
- Papafobiya- Roma papasından qorxmaqdır.
- Açıq gözlə asqırmaq mümkün deyil.
- İnsan orqanizmində ən güclü əzələ dildir.
- İnsan orqanizmində 2000-ə yaxın dad bilmə reseptoru var.
- İnsan orqanizmində olan piylər 7 ədəd sabun istehsalı üçün lazım olan miqdardadır.
- İnsan bədənində nerv impulsları saniyədə 90 metr sürətlə hərəkət edirlər.
- İl ərzində insan ürəyinin döyüntülərinin sayı 36 800 000-dir.
- Kişilər qadınlara nisbətən 10 dəfə çox daltonizmdən əziyyət çəkirlər.
- Uşaq doğulanda bədənində 300 sümük olur, böyüdükcə onlardan 206 qalır.
- İnsan sümüylərinin təqribi yarısı bilək və pəncədə yerləşir.
- Mavi gözlü insanlar digərlərinə nisbətən ağrıya daha həssasdırlar.
- Əl barmaqların dırnaqları ayaq barmaqların dırnaqları ilə müqaisədə 4 dəfə tez böyüyür.
- Ömür boyu insan dərisi 1 000 dəfə dəyişir.
- Orta yaşlı insanın bədənində 75 kilometrlik nerv var.
- Güclü işıq nəticəsində görmə qabiliyyəti itirmə halına “qar korluğu” deyilir.
- Qripə səbəb olan 100 müxtəlif virus mövcuddur.