Çox güman ki, ölən insanların ruhları qəbirdə saxlanılır; bu, güclü bir ehtimaldır. Quranın Fatir surəsinin 22-ci ayəsində “qəbirdə olanlar: مَنْ فِي الْقُبُورِ” işlədilir. Ərəb dilində “mən: مَنْ” ədatı ağıllı varlıqlarla əlaqədar olaraq işlədilir. Əgər qəbirdə ağıl sahibi ruhlar olmasaydı, çürüyən bədənlər barədə belə bir söz işlədilməzdi. Deməli, ruh ölən bədənin hissələrinin olduğu qəbirlə əlaqəsini kəsmir.
İnsana xas olan bütün məlumatlar ruhda olur. Qəbirdə narahat olan, onu yuyanları görən və ayaq səslərini eşidən ruhdur. Ölən bir şəxsin ruhunun narahat olub sıxıldığını göstərən bəzi Quran ayələri aşağıdakı kimidir:
“Onlardan birinə ölüm gəldikdə belə deyir: “Rəbbim, məni geri qaytarın. Bəlkə, tərk etdiyim dünyada yaxşı bir iş görərəm.” Xeyr, bu onun dediyi bir sözdür! Onların arxalarında təzədən diriləcəkləri günə qədər bərzəx (maneə) var!” (Muminun, 23/99-100).
“Sizlərdən birinə ölüm gəlib: “Ey Rəbbim! Mənə bir az möhlət ver ki, sədəqə verib əməlisalehlərdən olum!”– deməmişdən əvvəl sizə verdiyim ruzidən xərcləyin.
Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır.” (Münafiqun, 63/10-11)