Bu məqalədə tarix boyu baş vermiş ən qorxunc və dəhşətli qəzalardan bəhs edəcəm. Bu qəzalar məsul şəxslərin səhlənkarlığı ucbatından baş vermiş və minlərlə insanın ölümünə və təbiətdə bir çox canlının yox olmasına səbəb olmuşdur. Qəzaların üzərindən illər keçməsinə baxmayaraq hələdə dünya üçün böyük təhlükə olaraq qalır.
1.Exxon Valdez fəlakəti
Exxon Valdez qəzası 1989-cu ilin martında baş vermiş bu günə qədər insanlar tərəfindən gerçəkləşmiş ən böyük fəlakətlərdən biridir. Rəsmi məlumatlara görə fəlakətdə Exxon Valdez adlı neft tankeri okeana 10.8 milyon galon nefti dənizə axıtmışdır. Ətraf-mühit bundan ağır təsirlənmişdir. Dəniz quşlarından balinalara qədər bir çox heyvan növü ölmüşdür. Təmizləmə işləri aparılsada əvvəllər belə bir fəlakət olmadığından və fəlakətin çapı geniş olduğundan çox da təsiri olmamışdır.
2. Bhopal fəlakəti
Bhopal fəlakətinə 3 Dekabr 1984-cü ildə ABŞ mərkəzli Union Carbide firmasının Hindistanda qurduğu həşərat dərmənı fabrikində baş vermiş partlayış səbəb olmuşdur. Partlayış zamanı 40 ton metil izosiyanat qazı ətrafa yayılmış 18000 insanın ölümünə, 150000-dən çox insanın zəhərlənməsinə səbəb olmuşdur. Bhopal fəlakətinin təsiri Çernobildən daha qorxunc olmuşdur və 20 ildən sonra 2004-cü ildə aparılan araşdırmalara görə torpaqda hələdə 6 milyon tondan çox toksit maddə olduğu aşkarlanmışdır. Fəlakətdən sonra şirkət zərərçəkmişlərə yarım milyard təzminat ödəsədə qəzanın təsirlərini aradan qaldırmaq üçün kifayət etmədi.
3. Sevesso fəlakəti
Milan şəhərindən 20 kilometr uzaqlıqda yerləşən İCMESA kimya fabrikində pestisit və herbisit adlı maddələr istehsal olunurdu.
10 İyul 1976-cı ildə TCP (kimyavi maddə) istehsalından sonra fabrika müvəqqəti olaraq təmirə bağlanır. TCP reaktorunun istiliyi 1250 selsini keçdiyinə görə və avtomatik soyutma sistemi olmadığında görə reaktor yüksük istilik və təziqə görə partlayır.
Partlayış zamanı 3000 kiloqram kimyavi maddə ətrafa yayılır. Reaktorda 20kq qədər dioksin maddəsi olmuşdur. Partlayışdan sonra məsul şəxslərin vaxtında məlumat verməməsinə görə, 736 nəfər dioksinə görə ağır yanıq xəsarəti almışdır, 36000 nəfər zəhərlənmişdir.
4. Çernobil fəlakəti
Çernobıl faciəsi — 26 aprel 1986-cı il Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də güclü nüvə partlayışı baş verdi.
Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropada dolanmaqdadır.
5. Love Canal
1978-ci ildə, New Yorkun şəhər ətrafı qalan bölgəsindəki Niagara Şəlaləsi yaxınlarında olan Love Canal, işçi sinifinin yaşadığı yüzlərlə ev və bir məktəbdən ibarət sakit bir qəsəbə idi. Ancaq qəsəbə sakinləri, 1940 və 50-ci illərdə yerli bir şirkətin torpağın dərinliklərinə basdırdığı 21 min ton zəhərli sənaye tullantılarının üzərində dayandıqlarının fərqində deyildi. İllər keçdikcə, tullantılar səthə yaxınlaşaraq insanların zirzəmi və arxa bağçalarına çatdı. 1978-ci ildə isə, problem qarşısı alınmaz ölçüyə gəldi və yüzlərlə ailə evlərini hökumətə sataraq bölgəni tərk etdi. Fəlakət 1980-ci ildə zəhərli tullantıların təmizlənməsini məqsəd qoyan Super fon adlı yardım proqramının yaradılmasına səbəb oldu.