Böyük Britanyanın Viktoriya dövrü, imperatorluğu ən parlaq dövrləri olaraq tanınır, amma bu dövrdə bir çox fərqli adət mövcud idi.
İmperatorluğun yüksəlməsinə baxmayaraq, bir çox ölüm halları baş verirdi.
1860-cı illərdə Thames çayına atılan tonlarla nəcis, dizanteriya, xolera və tifo kimi bir çox yoluxucu xəstəliyə səbəb olmuşdu.
Xüsusilə də uşaqlara təsir edən bu infeksiyalar, kraliçanın ölüm dəbi yaratmasına səbəb oldu.
19-cu əsrin ortalarında və 20-ci əsrin əvvəllərinədək davam edən Kraliça Viktoriya dövrü zirvədə idi, amma bu qədər zənginliyin içərisində insanı narahat edən bir şey var idi.
Bunlardan biri də, 19-cu əsrdə populyar hala gələn post mortem, yəni ölü fotoqrafçılığı idi. Şəkil çəkdirmək 18-ci əsrdə olduqca bahalı idi və o qədər məşhur deyildi.
Amma ailələr sevikləri insanı itirdikdən sonra onlarla xatirə olması üçün şəkil çəkdirirdilər.
Fotolarda uzun müddət poz vermək lazım olduğu üçün heç hərəkət etməyən ölülər, yanlarındakı insanlardan daha aydın görünürdülər.