«Theatre» Somerset Maugham.
Teatr aktrisası ilə bir gəncin qəfil və gözlənilməz sevgisindən bəhs edən kiçik roman. Maraqlısı budur ki, gənc oğlan aktrisasnın oğlu yerindədir. Romanın dili olduqca asandır. Buna görə də kitabı oxuduqca oxumaq istəyirsən.
«Three Men in a Boat» Jerome K. Jerome.
Kitab 3 centlmen və foksteryer Monmoransinin Temza çayı üzərindəki macəralarından bəh edir. Kitabın dili o qədər sadədir ki, o, bir çox dillərə tərcümə olunmur, çünki buna ehtiyac yoxdur. Kitabı oxuyarkən ingilis yumoru haqqında geniş anlayışa sahib oacaqsınız.
The Stories of Ray Bradbury
Rey Bredberi – qısa hekayələrin ustadıdır. Çayınızı içib bitirməmiş hekayələri bitirəcəksiniz. Hər şey çox sadədir: bir hekayə – bir dərs. Məqalələrdə çoxlu dialoqlar var. Hansı ki, bu nitqin inkişafına böyük təkan verir.
«The Jungle Book» Rudyard Kipling.
Bu kitabın sadəliyi ondadır ki, Kiplinqin hekayələrinin əksəriyyəti bizə uşaqlıqdan cizgi filmlərindən tanışdır. Xüsusilə də cəngəlliklərin böyütdüyü oğlan Mauqli haqqında hekayə. Buna görə ingilis dilində oxumağa və anlamağa çox tez vərdiş edəcəksiniz.
«Best Short Stories» O. Henry.
O.Henrinin qısa hekayələri bir oturuş üçün olduqca əlverişlidir. Burada təkcə hekayələr yox, həm də cümlələr də çox asandır. Kitabdakı optimistik ruhu isə bonuslar sırasına qatmaq olar.
«Hitchhiker’s Guide to the Galaxy» Douglas Adams.
Bu kitabda şən qəhrəmanlar, yumor, macəralar o qədərdir ki, lüğətə baxıb vaxt itirmək istəməyəcəksiniz. Sadəcə hadisələrin ardıcıllığı sizə hər şeyi lüğətsiz başa salacaq.
«The Picture of Dorian Gray» Oscar Wilde.
Dorian reyin qəddar və ibrətamiz hekayəsi oxumağı motivə edir. Müəllifin dili oxucuya çətinlik yaşamağa imkan vermir. Hər şey gündəlik dilimiz kimi çox sadə və anlaşıqlıdır.
«For Whom the Bell Tolls» Ernest Hemingway.
Vətəndaş müharibəsi bürümüş İspaniyaya köçən bir amerikalının qısa tarixçəsi. Ernest Heminqvey o yazıçılardandır ki, o, həmişə mürəkkəb və uzun cümlələrdən qaçıb, sadəliyə üstünlük verib.