Bəzi sözlər var ki, heç istifadə olunmur. Hətta istifadə olunsa belə mənası tam olaraq məlum deyil… Project Twin İngiliscədə az istifadə olunan bu sözləri toplamışdır. Və bu sözləri vizuallaşdıraraq bir illüstrasiya əlifbası yaratmışdır.
Acersecomic: Saçını heç kəsdirməmiş insan.
Biblioclasm: Kitabları və ya digər çap materiallarını mərasimlə yox etmə
Cacodemonomania: Bədənin şeytani bir ruh tərəfindən ələ keçirildiyini irəli sürən patoloji inanc.
Dactylion: Orta barmağın uc nöqtəsi.
Enantiodromia: Bir şeyi tam tərsinə çevirmək.
Fanfaronade: Gərəksiz yerə lovğalanmaq; həyasız rəftar və davranışlar sərgiləmək.
Gorgonize: Bir şey üzərində şok edici və ya hipnoz edici bir təsir buraxmaq: Sərsəmləmək.
Hamartia: Bir insanı ölümə aparan xarakter pozğunluğu və ya səhv.
Jettatura: Nəzər etmə.
Ktenology: İnsan həyatını sonlandırma elmi.
Leptosome: Bədəni zəif, incə və ya çəlimsiz olan insan.
Montivagant: Dərə təpə gəzmək.
Noegenesis: Məlumat istehsalı.
Ostenitferous: Gələcək əlamətlərinə və ya təbiətə zidd ya da fövqəltəbii işarələrə yol açan.
Pogontrophy: Bığları, saqqalı və ya üzdəki digər tükləri uzatmaq və ya formaya salmaq.
Quockerwodger: On doqquzuncu əsrdə bir müddət siyasi bir təhqir olaraq istifadə olunan, taxtadan oyuncağa verilən ad.
Recumbentibus: Sözlə və ya fiziki olaraq edilən öldürücü vuruş.
Scripturient: Şiddətli bir yazma arzusuna sahib olmaq.
Tarantism: qeyri-iradi olaraq rəqs etməyə təşfiq edən narahatlıq.
Ultracrepidarian: Bilmədiyi mövzularda fikir və tövsiyə verən adam.
Vernalagnia: Baharla birlikdə gələn romantik ruh halı.
Welter: Bir-birinə qarışmış bir yığın əşya; dağınıqlıq; qarışıqlıq
Xenzation: Turist olaraq gəzmək.
Yonderly: Zehnən və ya romantik olaraq uzaqda olan; dalğın