İngilis dili öyrənməyi daha əyləncəli hala gətirməyi kim istəməz ki? Bunlardan ən maraqlı üsul isə film izləyərək ingiliscə öyrənməkdir. İngilis dili öyrənməyinizi asanlaşdıracaq və faydalı olacaq 10 filmi seçdik.
The Hangover
Film olduqca əyləncəli bir hekayəyə və xarakterlərə sahibdir. Filmdəki hadisələri görüntülərdən də anlamaq olduğu üçün dialoqları başa düşüləndir.
The Queen
Film ingiltərə aksentini sevənlər üçün əla seçimdir. Dialoqların çoxu yavaş və dənə-dənə olması da filmi başa düşülən edir.
Toy Story
Film maraqlı və əyləncəli hekayəyə sahibdir. Bununla yanaşı, əsas izləyici kütləsi uşaqlar olduğu üçün dialoqlar da asan başa düşüləndir. Animasiya filmi olmasına baxmayaraq, hər yaş qrupundan insanların marağını çəkir.
The Lord of the Rings
Nəfəssiz izləyəcəyiniz bu film, izlədiyiniz müddət ərzində sizi maraqda tutacaq. Hər yaşda insana xitab edən, fantastik janrda olan filmin dialoqlarını da görüntülər sayəsində anlamaq asan olur.
500 Days of Summer
Film dramatik hekayəsinin yanında yumor hissi də verir. Hekayə tərzində izah edilən bir film olduğu üçün filmi izləmək bir xeyli asanlaşır.
Twilight
Romantik və macəra dolu flimin hədəf kütləsi yeniyetmələrdir. Bu səbəblə gündəlik və asan ingilis dilindən istifadə edilib. Eyni zamanda dialoqlar tipik amerikan aksentində olması da başa düşməyi asanlaşdırır.
Forrest Gump
Filmdəki Forrest xarakteri zehni problemə malik olduğu üçün dialoqlar yavaş irəliləyir. Dilin asan və axıcı olması da ingilis dili öyrənməyi asanlaşdırır.
The Social Network
Film təbii və axıcıdır. İngilis dilin inkişaf elətdirmək üçün olduqca yaxşı seçimdir. Xüsusilə, texnologiya ilə əlaqəli ingilis dili öyrənmək istəyənlər üçün tövsiyə edilir.
Hunger Games
Bu filmdə də görüntülərdən dialoqları tutmaq və anlamaq çox asandır. Film qurğu janrında olmasına baxmayaraq, digər filmlərə nəzərən daha asan və axıcıdır. Filmdə xarakterlər Şimali Amerika aksenti ilə danışdığı üçün dialoqları izləmək asanlaşır.