İkinci dil istər gündəlik həyatımızda istərsə də iş həyatımızda olduqca önəmlidir. Xüsusilə İngilis dili qlobal mənada qəbul görmüşdür. Hətta dünyanın hər yerində bu dili bilən hər kəsin işləyə biləcəyi, yaşaya biləcəyi bir gerçək belə vardır. Bu səbəbdən internetin nemətlərindən faydalana bilənlər üçün bu postumuzda yardımınıza çatacaq 14 youtube kanalını topladıq.



    Bu youtube kanallarındakı videoların bəziləri gerçək amerikalı müəllimlər tərəfindən könüllü olaraq hazırlanmış, bəziləri isə ingilis dilli ölkələrin yerliləri tərəfindən yalnız hobbi məqsədli hazırlanmışdır. Orta hesabla hər gün nizamlı çalışaraq ingiliscənizin çox sürətlə inkişaf etdiyinin şahidi olacaqsınız. Dərslərin ingiliscə izah olunması heç ingiliscə bilməyənlər üçün ilk başlarda bir az çətinlik yaşada bilər, amma unutmayın, xaricdəki ingiliscə kurslarına getdiyiniz zaman da eyni vəziyyətlə qarşılaşacaqsınız. 🙂


– Dərsləri izləyərkən bilmədiyiniz sözlərin mənasına google translate’dən baxın və bir dəftərə qeyd edin, davamlı olaraq bu sözləri təkrar edin.
– Əgər mümkünsə gündə ən azı 1 saat məşğul olun.
– Tək bir qaynağa fokuslanmayın. Hər müəllimin ayrı bir stili var, kimisi qrammatika ağırlıqlı, kimisi reading ağırlıqlı dərs verir və s… O səbəblə hamısından bir şey öyrənə bilərsiniz.
– Speaking məşqləri edin. Yəni öyrəndiklərinizi səsli olaraq təkrarlayın.
– Və son olaraq bu dərsləri ehtiyacı olanlarla paylaşın, çünki bu dərslər xaricə gediş imkanı olmayanlar üçün çox böyük fürsətdir.


 1. Teacher Phi – Bu kanalda öyrənmək istəyənlər üçün, beginner səviyyəsindən advanced səviyyəsinə qədər yüzlərlə dərs var.

 2. Jennifer ES – Çox bəyəndiyimiz digər bir youtube kanalıdır. sağdakı playlist də mövzular kateqoriyalara bölünərək sıralanmışdır.

 3. Learn American English Online – Bu youtube kanalında amerikalı bir müəllim tərəfindən hazırlanmış yüzlərlə qrammatika ağırlıqlı video yer alır. 

 4. Rachel s English – Tamamilə tələffüz dərsləri olan bu saytı, vurğu mövzusunda çətinlik çəkənlərə, bəzi fonetik hərfləri və sözləri söyləyə bilməyənlərə şiddətlə tövsiyə edirik. Bu saytdakı dərslərin hamısını izlədikcə və praktikada tətbiq etdikcə amerikan aksentinə qovuşmuş olacaqsınız…

 5. Daily English Show – Müsahibə və altyazılı şəkildə minlərlə videonun olduğu bir youtube kanalıdır. Xüsusilə listening üçün çox faydalı bir kanaldır. 

 6. Real English – Yuxarıdakı kimi müsahibə və altyazı ağırlıqlı çox faydalı videoların olduğu bir youtube kanalıdır. 

 7. Sozo Exchange – Tələffüz ağırlıqlı videolarla zəngin bu kanal sizə bir çox yeni sözü tələffüzləri ilə birlikdə öyrənməyə kömək edəcəkdir. 

 8. English Cafe – Bir çox ingilizcə dialoqlarla zəngin faydalı bir kanaldır.

 9. Eat The Weeds – Son olaraq bu youtube kanalına baxmadan keçməyin deyirik. Çox fərqli videolarla zəngin kanal diqqətinizi çəkəcəkdir. 

10. Pod English – İngiliscəsi zəif olanlar üçün tövsiyə etdiyimiz bu kanalda dərslər kateqoriyalara bölünərək yerləşdirilmişdir. 

11. Business English Pod – İş ingiliscəsi ilə maraqlananların diqqətini çəkəcəyini düşündüyümüz bir kanaldır. 

12. Engvid – Videolarının əksəriyyəti qrammatikaya aid olan bu kanal olduqca maraqlı və sadə izahlı videolarla zəngindir. 

13. English Class 101 – Bu kanal ingilis dilində qrammatikadan az çox başı çıxan, amma danışmaqda problemləri olanlar üçün çox faydalı bir kanaldır.. 

14. Learn Exmumbai – Qrammatika, tələffüz, vocabulary dərslərinin üstünlük təşkil etdiyi bir kanaldır.