Rəssamlar Marina Abramovic və Ulay (Uve Laysiepen) 1976-cı ildə Amsterdamda biri-birlərinə aşiq olmuşdular. 8 il bir yerdə olduqdan sonra onlar son performanslarını həyata keçirərək münasibətlərinə də son qoymaq qərarına gəldilər. Marina və Ulay Böyük Çin Səddinin əks istiqamətlərindən yola çıxdılar. Yolları kəsişən zaman qucağlaşıb, sağollaşdılar və yollarını həmişəlik ayırdılar.
30 il sonra 2010-cu ildə Marina Nyu-Yorkda Müassir İncəsənət Muzeyində “The artist is present” adlı performans sərgilədi. Performans 716 saat davam etdi. Bu müddət ərzində Marina 1500 tamaşaçı ilə üzbəüz oturub, 1 dəqiqə ərzində göz təması qurdu, lakin 1500 nəfərdən cəmi 1 nəfərin gözləri onun yaddaşında əbədi həkk olunmuşdu, çünki bu gözləri o, 30 il sonra yenidən görürdü..