Frank Abagnale dünyada ən məşhur fırıldaqçıdır.Buna baxmayaraq, bu insan həm də FBI-ın ən məşhur simalarından biri və dünyanın ən məşhur banklarının məsləhətçisi olmuş biridir. Qəribədir. Elə deyilmi?!
Frank atası ilə anasının boşanma hadisəsinə şahid olduqda evdən qaçır və küçədə gəzərkən Pilot və onun yanındakı styuardessaları görəndə əvvəlcə eşitdiyi bir fikir yadına düşür.”Nyu-Yorkun ən məşhurları pilotlardır”.Bundan sonra fırıldaqçılıq yolu ilə pilot olmağa qərar verir.Frank 16-18 yaş arası müddətdə 1.6 min km pulsuz olaraq uçuş edir.Xeyr, yalnız pulsuz uçuşlarla kifayətlənmir.O dövrdə dünyanın ən böyük hava yolları şirkəti olan “Pan Am”-ın məsul işçi kartını özü yaradır və həmin şirkətin maaş çeklərini kurstar amma yalnız ən yaxşı mütəxəssislər tərəfindən tanınacaq şəkildə tərtib edərək, FAA (Federal Aviation Administration) yəni Federal Aviasiya Administrasiyasının lisenziyasını da təhlükəsiz variantla almaq istəyir.Lakin sonra fikirləşir:
“Əgər mən “Pan AM” şirkətini aldada bildimsə və maaş çekini əsli kimi yaratdımsa deməli…”
O, bu lisenziyanı da özü yaradır və milyonlarla dollar mənimsəyir.
Sonra həkim, sonra da vəkil olaraq bir neçə il çalışır, lakin o, yalnız 1969-cu ildə Fransada tutula bilir.Sonrakı dövrdə o Fransa polisindən təhvil alınaraq Amerikaya gətirilir və 12 il ağır şərtlər altında, bir nəfərlik kamerada həbs cəzasına məhkum olunur.
Bir gün onu saxlayan FBI əməkdaşı cəzaçəkmə müəssisəsinə onun yanına gəlir və ondan bir çekə baxıb fikirini bildirməsini xahiş edir.Frank o qədər dəqiqliklə məlumat verir ki, həmin saxtakar tez bir zamanda həbs olunur və həmin FBI əməkdaşı öz müdiri ilə Frank-in yanına gəlib, ona FBI-ın Maliyyə-Cinayət şöbəsində iş təklif edir.Frank azad olunur və FBI-da işləməy başlayır.Onun köməyilə çox saxtakarlar və bu işdə professional olanlar FBI tərəfindən saxlanılır.Frank hal-hazırda 65 yaşındadır, 37 illik bir evliliyə və 3 oğula sahibdir.Banklara özünün tərtib elədiyi təhlükəsiz çek nümunələrini verdiyinə görə də indiyə qədər ildə milyonlarla dollar məvacib alır.Onun haqqında 2002-ci ildə kino çəkilib.”Catch me IF YOU CAN” adlı filmdə baş rolda Leonardo Di Caprio çəklib.