Siz həqiqətən inanır və güvənirsiniz ki, həyatınızda hər şey qaydasında gedəcək? Sevdikləriniz və dostlarınızın ehtiyacınız olduqda yanınızda olacağından əminsiniz? Və ya siz sadəcə həyatınızda hər bir şeyin yaxşı olacağını bilirsiniz?
Bunların hər biri ayrı ayrılıqda çox çətin suallardır və hər kəs fəqrli cavablandıra bilər. Bu sualların əsası inam konsepti üzərində qurulub. Doğulduğum gündən indiyədək həyatdan aldığım ən böyük dərs inamın varlığının vacibliyi olmuşdur. Həyatımı ən gözəl şəkildə yaşamaq üçün çox çalışıram,amma ümumilikdə, dürüst danışsaq, həmişə bir parçam hər şeyin yaxşı gedəcəyinə inanmayıb. Hər birimizin elə həyat təcrübələri olub ki, bizi güvən duyğusundan uzaqlaşdırıb. Qəlbimiz qırılır, təhlükəsizliyimiz sual altında olur, haqqımız tapdalanır, hadisələr istədiyimizin tam tərsi istiqamətində inkişaf edir və artıq biz dünyanın qəddar olduğunu düşünürük,heç nəyə inanmırıq.
İnam hissinin varlığı hər kəs üçün çətin olan qorunmasız olma gerçəyini belə unutdurur. Özümə yenidən bu hissi aşıladıqca öyrəndiyim, sizin də özünüzə məxsus inam hissinizi tapmağa kömək edəcəyini düşündüyüm əsas nöqtələri paylaşacağam.
- Özünüzü həqiqətən tanıyın. Bir çoxumuz öz həyatımızı əslində kim olduğumuzu bilmədən yaşayırıq. Əslində, sən kimsən? Özünlə mənalı vaxt keçir. Səni nəyin “Sən” etdiyini öyrən. Milyardlarla insanın yaşadığı bu dünyada kim olduğunu tap.
- Olduğunuz möhtəşəm insana inanın. Biz hamımız fərqliyik və bu çox heyrətamizdir. Baxmayaraq ki, cəmiyyət bizi müəyyən çərçivələrdə görməyi xoşlayır,amma siz özünüz olmaqdan vaz keçməyin. Bu məqalənin birinci mərhələsini keçdikdən sonra, kim olduğunuzu biləcəksiniz. Bununla tam olaraq barışın. Üzləşməkdən qorxmayın! Bütün inam komponentləri özünə inamın olmasından başlayır.
- Mənəvi yolla irəliləyin və özünüzü nəzarətdə saxlayın. Mənəviyyat, həyatın məqsədi, güclülük, bunların hamısı müxtəlif insanlarda müxtəlif anlaşılır. Sizi nəyin xoşbəxt etdiyini tapın, özünüzə böyüməyə icazə verin, düşüncələrinizi ağılla seçin və sahib olduğunuz həyatla xoşbəxt olmağı bacarın. Mənəvi həyat yaşamaqdan öyrəndiyim, başıma gələn hər şeyin bir səbəbinin olması və bundan dərs çıxarmalı olduğumdur.
- İnamınız itməyə başladıqda, arxalana biləcəyiniz sosial ətrafınız olmalıdır. Müstəqil olmaq çox yaxşıdır, ancaq müəyyən vaxtlar vardır ki, kənardan dəstək almaq mütləqləşir. Birlikdə vaxt keçirdiyiniz insanların sizə dəstək olacağından, arxa duracağından əmin olun. Dostlarınızı düzgün seçmiş olmağınız sizə həmişə xeyir verəcəkdir.
Bəs siz öz inam hissinizi necə formalaşdırırsınız? Mənbəyiniz hardandır? Fikirlərinizi paylaşın