1. İlk fen maşını 1890 da Fransız bərbər Alexandre Godefoy tərəfindən icad edilib. 1925-ci ilə aid taxta saplı bu fen alüminiumdan düzəldilmiş və iki istilik nizamına sahibdir.

2.1927 istehsalı bu soyuducu, taxta yerinə tamamilə poladdan düzəldilən kompresörü üstdə olan  ilk soyuduculardandır.

3.İlk qabyuyan maşın patenti isə 1886-cı ildə Cozefina Cockrane tərəfindən alınıb. Lakin maşınları işlətmək üçün çox miqdarda isti su lazım olduğundan əvvəllər yalnız şirkətlərdə istifadə edilən qab-qacaq maşınları 1970-ci illərdə evlərdə yayılıb.

4.İlk müvəffəqiyyətli ticari çörək qızartma maşınını 1909 da General Electric edib. İngilis Crompton & Company adlı bir şirkət isə 1893 də ilk maşının dizaynını edib.

5.

“Dəmir soba”  televiziyanın dizaynını Percy Packman 1930-cu ildə Skoç maşın mühəndisi John Logie Baird üçün edib. Amma bahalı olan bu model yalnız 1000 ədəd satılıb. İlk televiziya verilişi 1929-cu ildə  edilib.

6.İlk tozsoran patenti ilk olaraq William Henry Hoover tərəfindən 1908-ci ildə alınıb. Bu model 1920-ci illərdə istifadə edilən ilk ticari model olub.

7.Elektrikli paltaryuyan maşının  tarixi 1906’ya qədər gedir. The Thor marka bu maşın  1927-ə aiddir.

8.Commodore VIC-20 markalı fərdi kompüterlər 1980-ci ildə bazara çıxarıldı.