Təbii ki, ən doğru yol dərhal stomatoloqa getməkdir, ancaq yaxınlıqdaki stomatoloji mərkəzə sinirləriniz alt-üst olmadan ilkin yardımı göstərmək heç də pis olmazdı. Yox, yox. Aptekə düşməyə tələsməyin, çünki ağrını dəf etməyə kömək edəcək vasitələr evinizdə də mövcuddur. İlkin yardımın effektivliyini artırmaq üçün dişlərinizi fırçalayın və ya ağzınızı ilıq su ilə yaxalayın. Daha sonra isə..
Dişlərinizi duzlu su ilə yaxalayın
Aparılan araşdırmalar göstərmişdir ki, duzlu mükkəmməl dezinfeksiya təsirinə malikdir. O, ağız boşluğunda yaranan iltihabları aradan qaldırmağa kömək edir. Əgər diş ağrısının səbəbi məhz iltihabdırsa, duzlu ağrını anında kəsəcək.
Və hidrogen peroksidi ilə
Bəli, bəli. Məsləhət qəribə səsləndiyi qədər də effektivdir. Eynilə duzlu su kimi hidrogen peroksidi iltihabları aradan qaldırır və ağrını anında kəsir. Bonus olaraq isə diş ərpini yumşaldır və yox edir. Ağzınızı yaxalamq üçün hidrogen peroksidini (3%) və suyu 1:1 nisbəti ilə qarışdırın. Yaxalayarkən udmayın!
Yanağınıza soyuq kompress tətbiq edin
Hərarət nə qədər yüksək olarsa, ağrı o qədər şiddətlidir. Qan aktiv dövran edir, damarlar genişlənir və iltihablı nahiyəyə təzyiq artıq. Yanağınızı soyuq kompress tətbiq etdiyiniz zaman damarlar daralacaq və ağrı aradan qalxacaq. Şişginlik də varsa, o da azalacaq.
Sarımsaq çeynəyin
Sözü gedən tərəvəz əsrlərdir təbabətdə istifadə olunur. O, bakteriyaları məhv etməklə yanaşı, həm də ağrını aradan qaldırır.
Uzanmayın
Uzanmaq istədiyiniz halda isə 2, 3 yastıqdan istifadə edin ki, başınız ürəyinizinlə eyni səviyyədə olmasın, çünki əks halda qan dövranı damarların genişlənməsinə və ağrının şiddətli hala gəlməsinə səbəb ola bilər.