Paris Təhlükəsizlik Müdirliyinin 14 Avqust 1893 günü nəşr  etdirdiyi təlimatda bu sətrlər vardı: “Hər motorlu vasitənin üzərində, görünə bilən böyüklükdə bir metal nömrə nişanı olacaq. Bu nişan üzərinə, vasitə sahibinin adı, ünvanı və vəsiqə nömrəsi yazılacaq. Vasitənin sol tərəfinə vurulmalı olan bu nömrə nişanı, heç bir şəkildə gizlədilməyəcək”. 30 Sentyabr 1901-ci il tarixindən etibarən, bu qayda bütün Fransa üçün etibarlı oldu və saatda 30 kilometr sürətlə gedən hər vasitəyə mütləq nömrə nişanı taxılması istənildi. O tarixdə, Belçikada da nömrə nişanı məcburiyyəti gətirilmişdi. Motor- Car Journal jurnalının 30 May 1901 nömrəsində, Brüsseldən bu xəbər verilirdi: “Hər avtomobilə polis tərəfindən bir nömrə verilir və bu nömrə, bir dəmir lövhə üzərinə həkk olunub vasitənin ön tərəfinə ilişdirilməlidir. Nişanın uzunluğu 22.5 sm, hündürlüyü isə 12.5 sm olmalı idi. Qara rəngli nömrələr, ağ zəmin üzərinə yazılmalı idi. Avtomobillərin arxasına da üzərinə nişan nömrəsinin yazıldığı bir lampa ilişdirilir ki, lampa yandığı zaman nişan nömrəsini rahatca oxuya bilmək mümkün olsun. Jurnala nişan mövzusundakı fikirlərini bildirən Daimler şirkətinin sahibi, bu sistemin avtomobilin özəlliyinə endirilmiş bir zərbə olaraq düşünürdü. Bu şərhə qatılan Motor- Car Journal müxbiri də yazısını, “Əgər İngiltərədə də bu sistem başlayarsa, avtomobil sənayemizin ağır bir zərbə almasından kimsənin şübhəsi olmasın” deyirdi. Yenə də uzun müzakirələrdən sonra 1 Yanvar 1904-cü ildən etibarən İngiltərədə də nömrə nişanı tətbiqi başladı. “Al” olaraq verilən ilk nişanı, Bertrand Russelin böyük qardaşı EarI Russel aldı. Earl Russel, nömrələrin verilməyə başlanacağı günün gecəsi, ilk nömrəni ala bilmək üçün səhərə qədər yatmadan gözlədi. Yenə də özündən sonra gələn adamdan, ancaq 5 saniyə əvvəl nişan bürosuna çata bildi. Bu nömrə nişanı, 1907-ci ildə Corc V. Pettyt tərəfindən alındı. Bir gün, Pettyt , Yorkshire’da belə bir nömrə olub olmadığından şübhələnən bir polis məmuru tərəfindən dayandırıldı. Nömrə nişanının doğruluğu Londonda təsdiq etdirildiyi müddətdə də polis bölməsində gözlədildi. 1950-ci ildə öləndə, nömrə nişanını Trevor Laker’a verdi. Ancaq bir də şərti vardı . Trevor Laker yaşadığı müddətcə nömrə nişanını istifadə edəcəkdi. Onun ölümündən sonra satılacaq və əldə edilən gəlir korlar üçün rəhbər itlər yetişdirən bir cəmiyyətə bağışlanacaqdı.