Min illər ərzində cəmiyyət infeksion xəstəliklərin məhvedici təsirinə məruz qalmışdır. Bunun nəticəsi olaraq milyonlarla insanın həyatı sona çatmışdır. 1928-ci ildə ingilis mikrobioloq Aleksandr Fleminq ilk antibiotik – penisilini kəşf etmişdir. Bu kəşf 20-ci əsrin ən öndəgedən kəşflərindən birinə çevrilir. Biologiya və tibbdə yeni era inkişaf etməyə başladı – antibiotiklər erası. 40-cı illərdən başlayaraq zərərli mikroorqanizmləri məhv edən və ya onların artımını məhdudlaşdıran dərman məhsulları tibbi təcrübədə geniş istifadə olunmağa başladı. Antibiotiklərin uzun illər boyu ölümcül hesab olunan xəstəliklərə qarşı uğurlu mübarizəsi ilk vaxtlar inanılmaz hesab olunurdu, lakin antibiotiklərdən bir müddət təcrübədə istifadə etdikdən sonra bioloqlar və həkimlər yeni problemlə üzləşirlər: antibiotiklərdən çox istifadə olunduqca zərərli mikroorqanizmlərdə onlara qarşı müqavimət, immunitet yaranır. Bir sözlə, orqanizm onlara öyrəşir və antibiotiklər bakteriyalar qarşısında aciz olurlar. Buna görə də daha güclü dozalı antibiotiklərdən istifadə zərurəti yaranır. Hansı ki, uzunmüddətli istifadə zamanı artıq onlarda təsirsiz olmağa başlayır.

http://imageshack.com/a/img537/8126/bAEZGb.jpg

    Tarixdə birinci dəfə kəşf olunan antibiotik – penisilindir. Antibiotik təsadüfi şəkildə 1928-ci ildə kəşf olunmuşdur. Beləki, Aleksandr Fleminq insan orqanizminin bakterial infeksiyala qarşı mübarizəsinə aid araşdırması zamanı sıravi eksperimentini aparkən antibiotiki kəşf etmişdir.

http://imageshack.com/a/img903/8666/WsWSCW.jpg

http://imageshack.com/a/img540/7886/YYYVEg.jpg

    Lobarator kasacıqlarda stafilokokk koloniyaları yetişdirən bioloq bəzi kasacıqları Penicillium kifi ilə örtüldüyünü görmüşdür. Xatırladaq ki, bu maddənin təsiri nəticəsində boyad çörək uzun müddətli saxlama nəticəsində yaşıl rəngə boyanır.

http://imageshack.com/a/img538/5513/dGKTxr.jpg

    Təcrübə zamanı hər bir kif ləkəsinin ətrafında bakteriyaların olmaması Fleminqin diqqətini çəkmişdir. Buna əsaslanaraq Fleminq kifin tərkibində bakteriyaları məhv edən maddənin mövcud olduğu qənaətinə gəlmişdir. Son olaraq, o, penisilin molekulasını ayırır və antibiotiklərin hazırlanması tarixi başlayır.

http://imageshack.com/a/img538/1595/KSzN3D.jpg

    Penisilin antibiotikinin kəşfi daha sonra onun dərman kimi istehsalı və tibbdə tətbiqi tibb aləminə böyük təkan vermişdir. Xüsusilə də ikinci dünya müharibəsində yaralıların sağalmasına kömək etmişdir.

http://imageshack.com/a/img661/2475/DXGIDg.jpg

    Penisilin kəşfinə görə Aleksandr Fleminq və onunla penislin dərmanını hazırlayan bioloqlar və bakterioloqlar – Houard Flori və Ernst Çeyn Nobel mükafatına layiq görülmüşlər.