Amerikanın Pensilvaniya ştatında yaşayan 45 yaşlı Culiya Kepls ayda iki litr donor qanı içir. O, bu vərdişini artıq 30 ildir ki, davam etdirir. O iddia edir ki, gənc və gözəl qalmasının əsas səbəbi ayda iki litr qan içməyidir.
Culiya ilk dəfə 15 yaşında təsadüfən sevgilisini dişləyərkən qanın dadına baxıb. Bundan sonra qanın dadı Culiyanın çox xoşuna gəlib və bir müddətdən sonra onda asılılıq yaranıb.
“Hansısa aydın olmayan bir instinkt bunu etməyə məni vadar etdi. Dərisini dişləyən kimi bu dadı hiss elədim. Ancaq həmin “öpüşdən” sonra sevgilim məndən ayrıldı”, – Culiya deyib.
O, uzun müddət “içkini” qəbul etməyəndə özünü bədbəxt hiss edir. Əhvalının yaxşı olması üçün daim qan içməlidir. Bundan başqa, cavan qalmaq üçün də qan içir.
“Bilirəm ki, insan qanı çox xeyirlidir. Mütəmadi olaraq qan içmək həm mənəvi, həm də fiziki rahatlıq verir mənə”.
Qana olan ehtiraslarını soyutmaq üçün Culiya daim ona qan verməyə hazır olan insan axtarışındadır. Bundan başqa, qanı xüsusi mağazalarda da alır.