Londonda geniş bir salona 81.000 top yığıblar. Nə üçünmü? Londonlular atılıb içərsində oynasınlar deyə!
Zarafat bir kənara, bu şəkildə zaman keçirmənin insanlar üçün çox faydası var. Məsələn bir müddət heç bir şey düşünmürsünüz, problemlərinizdən uzaqlaşırsınız, gülürsünüz, hərəkət edirsiniz, enerji sərf edirsiniz, sosiallaşırsınız… Ayrıca digər oyunlardan ya da idmanlardan fərqli olaraq burada qazanmaq və ya uduzmaq deyə bir şey yoxdur.
Bu xidmətdən eyni anda 30 adam faydalana bilir. Açıldığından bəri ciddi marağa səbəb olan məkana ailəsiylə, dostlarıyla gələnlər olduğu qədər iş yerindən qrup olaraq gələnlər, hətta yığıncaqlarını burada təşkil də var.
Necə düşünürsünüz, dərdləri, qayğıları və stressi azaltmaq üçün ölkəmizdə də hər şəhərə bundan bir dənə lazım deyilmi? 🙂