Gözlərimiz var, qollarımız, saçlarımız, qulaqlarımız … Nə qədər də eyniyik … Beynimiz var məsələn, ürəyimiz … yatırıq, nəfəs alırıq, yuxu görürük, danışırıq, yazırıq, oyanırıq … Nə qədər də eyniyik …
Hekayələrimiz var birdə, hər birimizi fərqli edən hekayələrimiz… Sizi siz, məni mən edən hekayələr… Hekayələrimizi izah etmək üçün danışmağa gərək yoxdur bəzən, çünki onlar yaşadığımız məkanlara, əşyalarımıza belə sirayət edir. Bogdan Gîrbovan Buxarestdə bir-birinin bənzəri olan eyni mənzillərdə yaşayan fərqli insanların fotoşəkillərini çəkir. On mənzil, on insan, onlarla əşya, onlarla hekayə…