İsveç şirkəti – H&M uğursuz reklamından sonra irqçilikdə ittiham olundu.
Uşaq kolleksiyasının “Coolest monkey in the jungle” geyiminin reklamı üçün şirkətin qara dərili modeldən istifadə etməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Sosial şəbəkə istifadəçiləri #boycottHM heşteqi açaraq, irqçi reklama görə şirkəti boykot etməyə başladı. Daha sonra şirkət bu obraz üçün üzr istədi və geyimi ABŞ-da onlayn satışdan kənarlaşdırdı.
Boykot edənlərin sırasına H&M şirkəti ilə əməkdaşlıq edən kanadalı ifaçı “The Weeknd” da daxil oldu. O, tweetter hesabında şok keçirdiyini və bu şirkətlə əməkdaşlığı dayandırdığını yazıb.