Pangenerator şirkəti yeni maraqlı bilərzik hazırlayıb.
Bu bilərzik vasitəsilə insanlar uzaq məsafədən bir-birinə hisslərini bildirə bilirlər. Bilərziyin üstündə toxunmanı qeyd edən sensor panel yerləşir. İnternetə birləşmə isə Bluetooth vasitəsilə həyata keçirilir.
Bilərzik vasitəsilə insanlar həm də kənardan bir-birinə toxuna bilirlər. Lakin bunun üçün bilərziklər cüt-cüt alınmalıdırlar.
