Yuxu görüb görmədiklərini heyvanlardan soruşmaq mümkün olmasada bir sıra müşahidələrlə onlarında insanlar kimi yuxu görməsi sübut olunmuşdur.  

Bəs heyvanlarda insanlar kimi yuxu görürlərsə onlar nə görürlər? 

animal

1960 cı illərdə insanların yuxunun REM (Rapid Eye Movement-sürətli göz hərəkəti) mərhələsində maraqlı hərəkətlər etdiyi kəşf olunmuşdur. Yuxudaykən əzələlərin iflic olduğu güman edildiyi üçün bu son dərəcə vacib bir kəşf idi. 1959-cu ildə Michel Jouvet pişiyin yuxudaykən iflic olamsına səbəb olan hissəni beynindən çıxardığı zaman onun yuxuda gəzdiyini və aqressiv hərəkətlər etməyə başladığını gördü. Bu vəziyyət pişiklərin oyaq olduqları zaman etikləri hərəkətləri yamsıladıqlarını göstərdi. Eyni şey itlər üzərində də müşahidə olunub.

REM yuxusunda problemlər olan insanlar yuxuda yumuruq atma,təpikləmə,yuxudaykən gəzə və başqa təhlükəli hərəkətlər edə bilərlər. Bu cür insanlar özləri və yanındakı insanlar üçün təhlükəlidirlər.

 

Onların yuxu görməkləri necə müəyyən edilib? 

cat-dog

Bu araşdırmalarla məşğul olan şəxslər iki üsuldan istifadə edirlər. Birincisi yuxu vəziyyətində heyvanların fiziki davranışlarını incələmək,ikincisi yuxudaykən beyinlərinin insan beyninə bənzərlik göstərib göstərmədiyini araşdırmaq.

 

Bütun heyvanlar yuxu görürlərmi? 

animal-sleep

Heç kim hələdə yuxuların necə yarandığını və nə uçün olduğunu tam müəyyən edə bilməmişdir, ancaq buda həqiqətdir ki,yuxu görmək beynimizə məlumat yığılması və yaddaşın güclənməsi üçün çox faydalıdır. Heyvanlarda insanlar kimi düşünə və xatirə canlandıra bilən varlıqlardır. Onların da beyinlərində yığılan məlumatların insanlardakı kimi dincəlməyə və yenidən işə düşmələrinə ehtiyacları var.

150-dən çox məməli heyvanın yuxusu üzərində edilən tədqiqatlardan sonra delfinlər xaric böyük bir qisminin yuxu gördükləri müşahidə edilmişdir. Balıqların yuxu görmədikləri ehtimal olunur, ancaq digər onurğalıların böyük bir əksəriyyəti yuxu görür. İtlərin yatarkən mırıldaması və bəzi hərəkətləri onların yuxu görməsinin əsas sübutudur.