Yazar Darius Foroux öz təcrübələrindən yola çıxaraq, “10 il əvvəl kaş ki, bildəydim” dediyi şeyləri bir araya gətirib. Baxaq görək, yazar nə deyib…
1. Mübarizə yaxşıdır.
Heç vaxt “dözə bilmirəm” deməyin. Onun yerinə “gəl, görək!” deyin.
2. Şikayət etmə.
Şikayət ən böyük vaxt itkisidir. Ya bir şey et, ya da sus.
3. Sevdiyiniz insanlarla vaxt keçirin.
Bu sənin ailən və ən yaxşı dostların ola bilər. Əgər bir ailən yoxdursa, bir ailə yarat. Çox insan gəlib, gedir. Ailə isə qalıcıdır.
4. Aşiq deyilsinizsə, bir münasibətə başlamayın.
Bunu bir dəfədən daha çox etdim. Əgər birindən xoşunuz gəlirsə və belə düşünürsünüzsə; “Bir şans verə bilərəm” Əslində bu çox da yaxşı fikir olmur. Özünü aldatma.
5. Gündəlik məşq edin.
Sağlam bir bədən hər şeyə başlamalı olduğunuz yerdir. Sağlam və güclü bədən inşa edin!
6. Gündəlik tutun.
Gündəlik tutmaq uşaqlara görə bir şey deyil. Daha yaxşı düşüncə sahibi və yazar olmağınıza kömək edər. Yazar olmaq istəmirəm deyə bilərsiniz. Amma bəs gündə neçə ədəd mail və mətn göndərirsiniz? Əslində hamı yazardır.
7. Minnətdar olun.
Hər kəsə və hər şeyə təşəkkür edin. “Bu gözəl gün üçün təşəkkür edirəm”, “E-poçtun üçün təşəkkür edirəm”, “Orada olduğun üçün təşəkkürlər” və s.
8. İnsanların nə düşündüyünü vecinə alma.
Hamımız ən sonda öləcəyik, elə deyil? Həqiqətən insanların sənin haqqında nə düşündüyü önəmlidir?
9. Daha çox risk al.
Qorxaq olma.
10. Bir sektor seçin, bir iş deyil.
Bir işdə yaxşı olmaq istəyirsinizsə, bunu etmək üçün illərinizi xərcləmək məcburiyyətindəsiniz. İş sektorlarını dəyişmək əvəzinə, sevdiyiniz bir sektor seçin və ən alt vəzifədən başlayın. Sonunda sizin üçün ən mükəmməl işi tapacaqsınız.
11. Yol göstər.
Özünüzü hamının bir-birinə baxdığı bir situasiyada görürsünüzsə, liderlik etməyin vaxtı gəlib deməkdir. Lider olmağa qərar verdiyin anda, lider olmağa başlayarsan. Bunun üçün bir başlama anı və ya pozisyası yoxdur. Bu sadəcə qərardır.
12. Pul ən önəmli şey deyil.
Pulu önəmsəməməyə və bunun yerinə dəyər yaratmağa və fokuslanmağa üçün özünzü öyrətməlisiniz. Eyni zamanda sahib olduğunuz əşyalara da bağlı hala gəlməyin, əks halda əşyalarınız sizə sahib olacaq.
13. Kobud olmayın.
Daha kübar və mehriban bir insan halına gəlin, insanlara qarşı kobud olmayın.
14. Hər gün öyrənin.
Hər gün öyrənmək üçün gündə bir kitab oxumaq məcburiyyətində deyilsiniz. Xətalarınızdan dərs alın, ətrafınızdakı insanların sizə nə öyrədə biləcəyinə baxın və öyrətdikləri şeylərə qarşı açıq olun.
15. Yorulmazdan əvvəl dincəlin.
İşinə aşiq olsan da, dincəlməyə də vaxt ayırmalısan. Sən bir insansan, Andrion deyil. Bunu heç vaxt unutma.
16. Mühakimə etmə.
İnsanlar sırf səndən fərqli seçimlər edir deyə, bu onların axmaq olduğu mənasına gəlmir. Eyni zamanda insanlar haqqında hər şeyi bilmirsən, ona görə də onları mühakimə etmək əvəzinə, kömək etməyə çalış.
17. Digərlərini düşün.
Sadəcə diqqətli ol, bu qədər. Hamımızın ailəsi, ödəməli olduğu xərcləri və problemləri var.
18. Qarşılıqsız bir şeylər et.
Hesab tutma, sadəcə yaxşılıq etməyin hiss etdirdiyi xoşbəxtliyi yaşa.
19. Oyunda problem yoxdur.
Hər şeyi anlamağa çalışma. Səyahətin dadına bax.
20. Kiçik şeylərdən zövq al.
Şablonları sevirəm, çünki onlar gerçəkdir. Xüsusilə də bu maddə. Niyə bilirsən? Çünki hər kəs bunu bildiyini deyir, amma heç kim etmir. İnsanlar hər zaman böyük şeylərin arxasınca qaçır.
21. Özünü ciddiyə alma.
Bəli, sən bir fərdsən və insanlar səni ciddiyə almaq məcburiyyətindədir. Anlayıram, amma günün sonunda hamımız bir şeyləri qovalayan bir qarışqayıq. Nəşələnin bir az…
22. İnsanları günahlandırma.
Məqsəd nədir? Onları cəzalandırmaq? Bunu insanlara etmə, həmçinin özünə də. Sən də bir insansan.
23. Bir şey yarat.
Bu miras saxlamaq üçün deyil, xoşbəxt olmağın üçündür! Musiqi bəstələ, kitab yaz, stol düzəlt… hər hansısa bir şey. Özün üçün! Özünü yaxşı hiss edəcəksən.
24. Heç vaxt uzun müddət geriyə baxma.
Keçmiş bir şey üçün yaxşıdır: O da öyrənmək.
25. Hərəkətə keç!
Sadəcə bir yerdə oturub qalma. Hərəkət olmasa, nəticə də görməyəcəksən. Çox şey bilirsən bəlkə də, amma Sokrat kimi, sən və mən heç nə bilmirik. Buna görə də öyrənməyə davam etməliyik.