Hər kəs hər an sizi qınayır və ən xırda bir səhv etməyinizi gözləyirlər? Dürüst olaq, bəzən özümüzü belə hiss edirik. Aparılan yeni bir araşdırmada günümüzdəki insanların çoxluğu mükəmməlliyyətçidir.
Üç növ mükəmməlliyyətçilik mövcuddur. Dəyişən dərəcələrə görə eyni bir insan bir neçə növ mükəmməlliyyətçiliyi də eyni anda yaşaya bilər.
1. Özmərkəzli mükəmməlliyyətçilik.
Hər zaman ən yaxşısını etməliyəm, heç vaxt səhv etməməliyəm, hər zaman düzgün və səliqəli paltarlarım olmalıdır. Bu cümlələr sizə tanış gəlir? Ən çox görünən və hamımızın aşina olduğu növdür. Bu mükəmməlliyyətçiliyə sahib olan insanlar, özlərinin kontrolunda olmasa belə işlərin tərs getməsinə heç vaxt dözə bilmirlər.
Bəziləri mükəmməlliyyətçiliyin pis bir şey olmadığını desə də, bunun ankisiyete, anoreksiya və depresiya ilə bağlı olduğunu bilmək lazımdır. Eyni zamanda ideal şəxsiyyət ilə uyğun olmadığınızı bilmək də depressiv təsir göstərə bilər.
2. Digərləri yönümlü mükəmməlliyyətçilik
Özünüzə yönəltdiyiniz mükəmməlliyyətçilik özünüzə qarşı haqsızlıq etməyinizə səbəb olarkən, başqalarına qarşı olan isə onları haqsız şəkildə tənqid etməyinizə səbəb olur. Bu növ mükəmməlliyyətçiliyə sahib olan insanların liderlik mövzularında yaxşı olduqları bildirirlir.
3. Sosial mərkəzli mükəmməlliyyətçilik
Ən pis mükəmməlliyyətçilik növü isə budur. Həm digərləri, həm də özmərkəzli növlərin qarışığıdır. Əgər hər zaman insanların sizi yarğıladığını düşünürsünüzsə, münasibətlərdə yaxşı biri olmadığınız düşüncəsinə qapılırsınızsa, deməli sizdə də bu mükəmməlliyyətçilik növü var.