Hekayəyə görə günlərin birində Frans Kafka hər gün gəzintilər etdiyi parkda balaca bir qızla rastlaşır. Qız ağlayırmış. Gəlinciyini itirmişdi və bu onu olduqca kədərləndirmişdi. Kafka gəlinciyi onun əvəzinə axtarmağı təklif edir və səhəri gün eyni yerdə görüş barəsində sözləşirlər.
Gəlinciyi tapa bilməyən Kafka balaca qıza oyuncağın adından bir məktub yazır və görüşəndə ona oxuyur: “Xahiş edirəm, mənim üçün kədərlənmə, düyanı görmək üçün uzun bir səyahətə çıxdım. Sənə başıma gələnləri danışacağam.” Bu bir neçə məktubun ilki olur.
Kafka balaca qızla hər görüşdüyündə sevimli gəlinciyin xəyali macəralarını diqqətlə yazdığı məktublardan ona oxuyur. Balaca qız da bu şəkildə təsəlli olurmuş.
Və gün gəlir, görüşlərin artıq sonu gəlib çatır. Kafka son görüşdə balaca qıza bir gəlincik gətirir. Balaca qız əslində çox fərqli olan oyuncağa təəccüblə baxır. Gəlinciyə ilişdirilmiş bir kağız balaca qızın təəcübünü dağıdır: “Səyahətim məni çox dəyişdirdi.“
Uzun illər sonra, artıq gənc olan balaca qızımız, göz bəbəyi kimi baxdığı oyuncağının, gözündən qaçırdığı çartlağının içinə basılmış bir məktub tapır. Qısa olaraq belə yazılıb: “Sevdiyin hər şeyi tez və ya gec itirəcəksən, amma axırda sevgi başqa bir surətdə geri dönəcək…“