Qan vermək insanda qan hüceyrələrinin təzələnməsinə, qandakı yağın miqdarının azalmasına, baş ağrıları, stress, yüksək qan-damar təzyiqi, yorğunluq kimi narahatlıqların azalmasına yaxşı təsir edir. Amma bu qayda hamıya aid deyil. Aşağıda göstərilən hallarda insan qan verə bilməz.
Hepatit B – heç bir zaman qan verə bilməzlər.
Hepatit C – heç bir zaman qan verə bilməzlər.
AIDS – heç bir zaman qan verə bilməzlər.
Malyariya – müalicə olunandan 3 il sonra qan verə bilərlər.
Vərəm – müalicə olunandan 5 il sonra qan verə bilərlər.
Hamilələr qan verə bilməzlər. Doğum və ya hamiləliyin sona çatdırılmasından 6 həftə sonra qan verə bilərlər.
Qanama meyli olanlar ömür boyu qan verə bilməzlər.
Bronxit – xroniki xəstələr qan verə bilməz.
Epilepsiya xəstələri qan verə bilməzlər.
Böyük əməliyyatlardan sonra 6 ay boyunca qan hədiyyəsi edilməz.
Diabet qanda şəkərin miqdarı normal olan halda qan verə bilər.
Anemiya diaqnozu qoyulmuş insanlar donor ola bilməzlər.
Allergiya – asma xəstələri qan verə bilməzlər. Allergiyası olanlar isə sadəcə allergiyalı olduqları zamanda qan verə bilməzlər.
Cərrahi əməliyyat olunmuş insanlar 6 aydan sonra qan verə bilərlər.