Mediada hansı qidadan nə qədər qəbul etməli olduğumuza dair tez-tez məlumatlar paylaşılır, amma bu məlumat elə bir şəkildə verilir ki, təəssüf ki, çox vaxt işimizə yaramır. Məsələn, həftədə iki dəfə balıq yeməlisiniz deyilir, amma bu nə qədər balıq mənasına gəlir? Ya da bu qidadan bu qədər qram yeyin deyilir, amma kim oturub yeməyini qramlarla çəkir ki? Bu problemləri siz də bizim kimi yaşayırsınızsa, buyurun aşağıdakı praktik bələdçi sizə yardım edəcəkdir!
Әt: Ovcunuzun içi qədər, əlinizlə eyni qalınlıqda

Balıq: Əliniz qədər, barmaqlar da daxil olmaqla

İspanaq: İki ovcunuzu birləşdirdiyiniz qədər

Kiçik meyvələr: İki ovuc dolusu

Fındıq fıstıq: Bir ovuc dolusu

Kartof: Yumruğunuz qədər

Yağlı balıq: Ovcunuz qədər

Kərə yağı: Baş barmağınızın buğumundan dırnağın ucuna qədər

Şokolad: İşarə barmağınız qədər

Pendir: İki baş barmağınız qədər

Keks: İki barmağınız qədər

Tərəvəzlər: Yumruğunuz qədər

Makaron: Yumruğunuz qədər
