QOÇ
Müdriniz QOÇdursa: əsla səhvini düzəltməyin, sadəcə özünə hiss etdirmədən özünün anlamasına şərait yaradın. Yanında tez-tez “Mən bilirdim” və “… bilirəm” sözlərini işlətməyin, hirsli olanda isə gözünə çox görünməyin, hirsini sizdən çıxara bilər.

Arvadınız QOÇdursa: yalan danışmayın. Bu bürcün kişilərinə nisbətən daha oyanıq olan QOÇ bürcünün qadınları yalan danışdığınızı o dəqiqədəcə anlayacaq. Amma hiss etdirmədən pişiyin siçanla oynadığı kimi sizinlə oynayacaqdır. Qısacası yalanı qəbul etmir.
Əriniz QOÇdursa: mübahisə zamanı olsa belə onu alçaltmayın, çünki əvəzini mütləq çıxar.

BUĞA
Müdiriniz BUĞAdırsa: heç vaxt etibarını sarsıdacaq bir hərəkət etməyin. Insanlarla münasibətini inam üzərinə quran BUĞA bürcünün insanı, özəlliklə də əgər müdir mövqeyindədirsə, işçisinə güvənmək istər.
Arvadınız BUĞAdırsa: hazırladığı yeməyi sonuna qədər yeyib bitirin və əsla dağınıq bir süfrədə yemək məsələsində israr etməyin. BUĞA bürcünün qadını gözəllikləri, xüsusilə də, öz əli ilə yaratdığı gözəllikləri paylaşmağı sevirlər.
Əriniz BUĞAdırsa: qarnı acdırsa, onunla mübahisə etməyin. BUĞA bürcünün kişiləri ac ikən çox hirsli olurlar. Buna görə mübahisə etmək fikriniz varsa belə onu yeməkdən sonraya saxlayın.

ƏKİZLƏR
Müdiriniz ƏKİZLƏRdirsə: yalan danışmayın. Özü asanlıqla yalan danışıb hamını yalanına inandırmağı bacardığı üçün onun yanında yalan danışan kimi başa düşür.
Arvadınız ƏKİZLƏRdirsə: azadlığına məhdudiyyət qoymayın. Telefonda dost-tanışları ilə dərin bir dedi-qoduya daldıysa hirslənməyin, buna vərdiş etməlisiniz.
Əriniz ƏKİZLƏRdirsə: azadlığına məhdudiyyət qoymayın, rejimə salmağa çalışmayın, mübahisəni uzatmayın.

XƏRÇƏNG
Müdiriniz XƏRÇƏNGdirsə: anası ilə olan münasibətlərinə toxunmayın, hələ anasına soz atmağa ümumiyyətlə cəhd etməyin.
Arvadınız XƏRÇƏNGdirsə: ana olmaq istəyinə mane olmayın. Sizi yeməkləri ilə bəsləmək istərkən qarşı çıxmayın.
Əriniz XƏRÇƏNGdirsə: ərinizlə anasının münasibətlərinə qarışmayın, əks halda itirən siz olarsınız.

ŞİR
Müdiriniz ŞİRdirsə: 12 bürcün şahı müdrinizdirsə, işiniz var. Eqosuna toxunacaq kiçicik bir inciklikdən uzaq durun. Stolunun üstündəki əşyaların yerini əsla dəyişməyin. Səsini guruldatmağa başladısa yox olun gözündən.
Arvadınız ŞİRdirsə: ucuz hədiyyə almayın. Bu addım hətta boşanma səbəbiniz belə ola bilər.
Əriniz ŞİRdirsə: baxımsız olmayın, ictimaiyyət içində mübahisə etməyin. Geyiminizə diqqət edin. Eyni zamanda, onun da geyim-keçiminə diqqət ayırın.

QIZ
Müdiriniz QIZdırsa: sistemsiz və diqqətsiz hərəkət etməyin. QIZ müdirlər hirsli olurlar. Diqqəti daim üzərinizdə olacaqdır. Səhvlərinizi ortaya çıxaran kimi üzünüzə vuracaqdır.
Arvadınız QIZdırsa: pinti və dağınıq olmayın və əgər gecikəcəksinizsə mütləq xəbər verin. Axşam yeməklərini hər zaman evdə olun. Maliyyə məsələlərini onun öhdəsinə buraxın. Xeyir taparsınız.
Əriniz QIZdırsa: dağınıq olmağınız tez-tez mübahisələrə səbəb olacaqdır. Utancaq olan QIZın üzərinə cəmiyyət içində getməyin.

TƏRƏZİ
Müdiriniz TƏRƏZİdirsə: baxımsız olmayın. Ətrafınızdakılara qarşı ədalətli olun. Siz onun işlərini asanlaşdırmaq üçün işdəsinizsə, onun sürətli olmağını gözləməyin.
Arvadınız TƏRƏZİdirsə: onu pis görünüşlü, pis olan bir evdə yaşamağa məcbur etməyin. Sabah evdən çıxarkən tez hazır olmağın gözləməyin.
Əriniz TƏRƏZİdirsə: onun xarici görünüşünə diqqət edin. Paltara verdiyi pulu tənqid etməyin.

ƏQRƏB
Müdiriniz ƏQRƏBdirsə: ondan gizlin iş görməyə çalışmayın. Unutmayın ki, sizdən də güclü hissetmə qabiliyyəti ola bilər.
Arvadınız ƏQRƏBdirsə: onu aldatmaq kimi bir fikri ağlınızdan belə keçirməyin. İntiqam soyuq yeyilən bir yeməkdirsə, onu ən soyuq ƏQRƏB qadını yeyər. Burnunuzdan gətirər, öldürmədən buraxmaz.
Əriniz ƏQRƏBdirsə: ondan gizli iş görməyin və ən önəmlisi onun qüruru ilə oynamayın. Cinsi baxımdan cazibənizi itirməyin.

OXATAN
Müdiriniz OXATANdırsa: yanlışlıqla belə onunla rəqabət aparmağa cəhd etməyin. Əsəblərinə toxunmayın. Düzdü, bunu bacarmaq da çox çətindir. Çünki insanlarla münasibətlərində OXATANlar çox bacarıqlı olurlar.
Arvadınız OXATANdırsa: azadlığını əsla məhdudlaşdırmayın. Səyahətlərinə və lüzumsuz xərclərinizə qarışmayın. Ən əsası darıxdırıcı olmayın, yoxsa o andaca tərk edər sizi.
Əriniz OXATANdırsa: müstəqilliyini məhdudlaşdırmayın. Yenə də ən əsası maraqsız olmayın, yoxsa sizdən daha maraqlısını tapar.

OĞLAQ
Müdiriniz OĞLAQdırsa: hər şeyi eləyin, amma əsla maaşınıza artım istəməyin.
Arvadınız OĞLAQdırsa: bayramlarda ailəsinə baş çəkməsi üçün problem yaratmayın. Onun sözündən çıxmayın.
Əriniz OĞLAQdırsa: “evə pul qoy get” deməyin. Bdxərclik etməyin, qənaət, yenə də qənaət edin.

DOLÇA
Müdiriniz DOLÇAdırsa: sizə azadlıq verib deyə suyun çıxartmayın. Dostunuz kimi görünsə də, unutmayın, o müdirdir.
Arvadınız DOLÇAdırsa: ənənəvi ev qadınını unudun. Onu qəliblərə soxmayın. Maraqlı inanclarına və hobilərinə qarışmayın.
Əriniz DOLÇAdırsa: əgər fikirlərinə aydınlıq gətirmək üçün Hindistana gedəcəyini desə belə qarşısını almayın. Evinizi lazımsız əşyalarla doldurmayın. DOLÇAların əşyalardan daha çox rahat və boş yaşama sahəsinə ehtiyacları var. 

BALIQLAR
Müdiriniz BALIQLARdısa: mərhəmətindən yararlanmayın. Onun xeyrinə belə olsa xəsislik etməyin.
Arvadınız BALIQLARdısa: xərclədiyi pula azacıq da olsa ayaqqabılara olan sevgisinəqarışmayın.
Əriniz BALIQLARdısa: saxladığı orta məktəb dəftərlərini atmayın. BALIQLARın əşyalarla qurduqları münasibətlər çox həssasdır.
Dostları ilə münasibətlərinə qarışmayın və pulun idarəçiliyini ona buraxmayın, batarsınız.