Halloven bayramı yaxınlaşdıqca bütün dünya üzrə bu bayramın həyacanı artır. Bayramın əhatə miqyası o qədər genişdir ki, o , nəinki media və sosial şəbəkələrin əsas mövzusu olur, hətta adi bir ailə yığıncağının əsas diqqət mərkəzinə çevrilir. Bayram ərəfəsində insanlar paranormal hadisələrlə daha çox maraqlanırlar. Görəsən bu paranormal maraqlara meyil haradan qaynaqlanır? Doğurdan bu hadisələr baş verir, yoxsa bu sadəcə insanların uydurmasıdır? Halloven bayramı haqqında çoxlu sual vermək olar, amma sualların hamısının cavabı yoxdur. Halloven bayramı haqqında bir neçə maraqlı faktı təqdim edirik.
Müasir halloven oyunu olan “cüzdan yoxsa həyat?” fərqli bir xristian ənənəsindən qaynaqlanır. Orta əsrlərdə xristian aləmində noyabr ayının 1-i “müqəddəslər günü” kimi qeyd edilirdi. Orta əsrlərdə kasıb əhali həmin günü qapı-qapı gəzib bir kuliç (ənənəvi şirin çörək) əvəzinə dua oxuyardılar. Zamanla insanların həyat səviyyəsi yaxşılaşıb və bu ənənə bayramda uşaqların sevimli oyununa çevrilib.
Buna baxmayaraq “cüzdan yoxsa həyat” oyununu hər kəs sevmir. 2010-cu ildə Belvill şəhəri , İllinoys ştatında 12 yaşdan yuxarı uşaqlara bu oyunu oynamaq qadağan olunub. Qapı-qapı gəzmə üstündə yeniyetmələri 100 dollardan 1000 dollara kimi cərimə edirlər.
Bu bayramın əsas ünsürlərindəən biri də müqəvvadır. Müqəvva bayramın köklərini kənd təsərrüfatına bağlıyır.
“Cekin çırağı” adlı boranı kəsilməsi bir neçə dəfə Qinnes rekordlar kitabına düşüb. Sonuncu rekord Britaniyalı Devid Finklə aiddir. O, BBC kanalında yayımlanan verilişdə boranı ən tez sürətdə (20.1 san) kəsib bayram dekorasiyasına çevirmişdir.
Bir çox ölkələrdə, o cümlədən Fransa və Avstraliyada Halloven bayramı amerikallıların təsiri ilə yaradılan mənfi, kommersiya cəhətdən ziyanlı bir bayram kimi qəbul edilir.
Təəccüblü deyil ki, bir çox Halloven ənənələrinin kökləri qədim kelt ənənələrinə bağlanır. Məsələn, qədim keltlilər hesab edirdilər ki, Halloven gecəsində ruhlar onların yaşayış yerlərinə gəlir və oda gəzir. Ruhlardan gizlənmək üçün onlar maska taxır və geyimlərini dəyişirdilər.
Qara pişiklərlə yanaşı bayquşlar da Hallovenin sevimli personajı hesab olunur. Orta əsr Avropasında bayquşlar ifritələrin gizli cildi hesab olunur və bayquş səsi kiminsə ölüm ayağında olduğu kimi qəbul edilirdi.
Samaynofobia deyilən bir qorxu var ki, bu qorxu Halloven qabağı qorxunu təcəssüm etdirir.
Sadə və qorxunc təsadüf: Tarixin ən məşhur və yaddaqalan maqlarından biri olan Harri Qudini Halloven gecəsində appendesit partlamasından dünyasını dəyişmişdir.
Halloven Amerikada ikinci ən uğurlu komersiya bayramı hesab olunurlur. Birinci yerdə isə Yeni il bayramıdır.
Halloven bayramını Şimali Amerikaya Avropadan gələn immiqrantlar gətiriblər. Belə ki , onlar məhsuldarlıq gününü ocaq ətrafında qeyd edirdilər. Ocağın ətrafından ruhlar haqında maraqlı və qorxulu hekayələr danışılır, rəqs edilirdi.
1978-ci ildə çəkilən Halloven filminin büdcəsi o qədər məhdud idi ki, filmdə istifadə olunan maskalar ən ucuz və keyfiyyətsiz , hətta “ikinci əl” maskaları idi. Filmdəki Maykl Mayers adlı personajın maskası da məhz “Ulduz yolu” filmində istifadə olunan maska idi.
“Cekin çırağı” adlı ənənə bizə qədim dövrlərdən gəlib çıxsa da onun tam yaranma mənbəyi tapılmayıb, lakin belə bir kelt rəvayəti var: Cek adlı bir oğlan şeytanı aldadaraq ondan bir şərt kəsir ki, guya şeytan heç vaxt onun ruhunu almayacaq. Zaman keçir Cek ölür. Cekin çoxlu günahları olduğu üçün o cənnətə düşə bilmir. Cəhənnəmə isə qəbul olunmur 🙂 Çünki şeytan nə olursa olsun onun ruhunu almayacağına söz vermişdi. Cekin ruhun bir yerə yerləşdirmək üçün şeytan boranının içinə bir hissə cəhənnəmdən yerləşdirərək Cekin ruhunu oraya yollayır.
Halloven ünsürləirndən hesab olunan ifritələrin tarixi mənası bizə məlum olan mənadan fərqlidir. “İfritə” sözü (ingl. witch) köhnəlmiş inglis sözü hesab olunan «wicce»-dən əmələ gəlib ki, bu sözün əsl mənası da müdrik qadın anlamını verir. Sən demə ifritələrin də hörmətli olan vaxtları varmış…
Halloven gecəsində minlərlə insan bayram kostyum və maskalarında küçəyə çıxır. Xüsusilə də Salem, Massaçutes və Nyu-Orlean ştatının əhalisi aktivliyi ilə seçilir.
Hesab olunur ki, ilk Halloven bayramı eramızdan əvvəl 4000-cü ildə keçirilib.
Heç bilirdiniz ki, ingilis mənşəli olan söz “bonfire” yəni “ocaq” halloven mənşəli sözdür? Bu bayram zamanı ocağa sümükləri atardılar. Bu ritual qışın mülayim keçməsi üçün edilirdi. Sözün yaranma tarixi də (bone + fire) buradan qaynaqlanır.
Halloven hər il 6 mlrd. gəlir gətirir.
Qara pişiklər ifritələrin dostu və köməkçisi hesab olunduğu üçün Hallovenin əsas neqativ obrazlarından bir də qara pişiklərdir. Halbuki, İngiltərə də əksinə olaraq ağ pişiklər uğursuzluq, qara pişiklər isə uğuru simvolizə edir.