Ana səhifə Faydalı Həyatınızın boşa getdiyinə 5 işarə

Həyatınızın boşa getdiyinə 5 işarə

790

Uşaqlıq arzunuz kosmonavt, memar və ya rəssam olmaq idi? Ümid edirik, arzunuzu həyata keçirmisiniz, əks halda həyatınız yoxuşa doğru gedir və siz bunu qəbul etmək belə istəmirsiniz. Bəli, bəli. Həyatınız əllərinizin arasından axıb gedir, əgər siz:

1. Etməməli olduğunuz şeylərə çox vaxt ayırırsınız

Realiti şoular, internetdə keçən saatlar, içki və s. Vaxt sərf etdiyiniz şeylərə nəzər yetirin və özünüzə sual verin, bütün bunların sizə faydası varmı? Əgər vaxtınız boşa gedirsə, gündəlik rejiminizdə düşəlişlər edin.

2. Həddən artıq çox şikayət edirsiniz

İşinizdən, müdirinizdən, maaşınızdan, qonşularınızdan və hətta həyat yoldaşınızdan narazısınız? Deməli, siz neqativ enerjini yayıb çoxaltmaqdan başqa bir şey etmirsiniz. Həyatınızda olan pozitiv məqamları görməyi öyrənin. Təcili!

3. Beyninizi qidalandırmırsınız

Oxumağa və şəxsiyyət olaraq formalaşmağa davam etmirsinizsə, yerinizdə sayırsınız deməkdir. Qarşınıza çox gözəl fürsətlər çıxacaq, sizin beyniniz isə onları dəyərləndirməyinizə imkan verməyəcə. Hara gedirsiniz bu gedişlə?

4. İlham mənbəyiniz yoxdur

Heç nəyə qarşı həvəsinizin olmadığını düşünürsünüzsə, yanılırsınız. Çünki bu mümkün deyil. Sizi həyacanlandıran, yaratmağa sövq edən ilham pərinizin axtarışına çıxın. O sizi çoxdan gözləyir!

5. Bədəninizin qayğısını çəkmirsiniz

Yuxu rejimi, balanslaşdırılmış qida və müntəzəm idman – keyfiyyətli həyat sürmək üçün mütləqdir. Həyatınızı müsbət yönə çəkmək üçün qida rasionunuza, aktivlik səviyyənizə və yuxunuza diqqət etməyiniz şərtdir.