Həyatınızdakı qadının yaxşı bir kitabsevər olmasının üstünlüklərindən xəbərdarmısınız? Ya da həyatınızdakı kişi sizin tam bir kitab qurdu olmanızın faydalarının fərqinə varabilirmi? Gəlin sizinlə bu faydaları bölüşək…
Yeni şeylər öyrənmənizi təmin edər.
Davamlı oxuyan biri, davamlı yeni şeylər öyrənər. Öyrəndiyi şeyləri sizinlə paylaşınca siz də yeni şeylər öyrənmiş olarsınız.
Maraqlanmağı sevəndir.
Oxuyan birisi hər şeylə maraqlanmağı sevəndir; maraqlandığı üçün oxuyur. Belə birisiylə sıxıcı, sıradan zaman keçirə bilməzsiniz. Keçirirsinizsə günah sizdədir 🙂
Yaxşı bir dinləyicidir.
Bir kitabda bəhs olunan hekayəni günlərcə oxuyan birisi sizi həqiqətən dinləyər.
Hədiyyə almaq asandır.
Onun üçün həyəcanla gözlədiyini bildiyiniz, yeni çıxmış bir kitabdan daha gözəl bir hədiyyə ola bilməz.
Empati sahibidir.
Oxuyarkən özünü hər zaman roman qəhramanlarının yerinə qoyduğu üçün empati bacarığı digərlərinə görə daha yaxşı inkişaf etmişdir.
Sakit və stressizdir.
Edilən araşdırmalar oxumanın stresi azaltdığını göstərir. Sakit, stressiz birisinin yanınızda olmasını mı istərdiniz, tam tərsi özəlliklərə sahib birisini mi?
Çox asan əylənir.
Hər zaman sıxılıb mızmızlanan insanlardan deyildir. Öz-özünə zaman keçirə bilir, hətta bundan xoşbəxtlik duyar.
Ağıllıdır.
Oxumaq, TV seyr etmək kimi passiv bir fəaliyyət deyildir, kitab oxuyarkən beyin aktiv olaraq çalışır. Araşdırmalar göstərir ki, kitab oxumanın zəka üzərində müsbət təsiri var.
İntizamlıdır.
İş ya da təhsil, günlük məcburiyyətlər, internet və televizora rəğmən yenə də oxumağa zaman ayıra bilirsə bu intizam sahibi olduğunu göstərir.
Sizi də oxumağa alışdıra bilər.
Onunlaykən oxumanın faydalarını gördükcə zaman içində oxumanın cazibəsinə qapıla bilərsiniz.