Dəyişikliklər təbii olaraq çətindir və insana çətin gəlir. Amma bu çətinliyin arxasına sığınıb dəyişmək istəmirəm demək də olmaz. Dəyişikliklər, bizi daha xoşbəxt etdiyi müddətcə həm şəxsi həyatımı, həm də professional həyatımız üçün yaxşıdır. Çünki bu dəyişikliklər bizim üçün daha çox qapılar açır və fürsətlər yaradır. Həyatınızda bəzi dəyişikliklər etmək istəyirsinizsə və bu dəyişikliklərin müsbət istiqamətdə inkişaf etməsini istəyirsinizsə aşağıdakı ipuclarına diqqət edin.

 

Dəyişməyə qərar verdiyiniz anda bu dəyişikliyi nə üçün etdiyinizi bilməlisiniz. Əvvəlcə sizin üçün nəyin əhəmiyyətli olduğuna qərar verin və ona görə hərəkət edin.

Düşündüyünüz kimi mənfiliklərlə dolu həyatımızda dəyişiklik etmək asan deyil. Әtrafımız mənfiliklərlə doludursa, bunu necə müsbət hala gətirib, zövq ala bilərik?



Bu mənfi havadan xilas olmaq üçün;
Sahib olduğun hər şey üçün şükr et.
Hər zamankindən daha çox gül, xüsusilə özünə..
Başqalarına kömək et.
Düşüncə tərzini dəyişdir.
Ətrafında daha çox müsbət düşünən insanlar olsun.
Problemlərə müsbət baxımdan bax və həll yolları axtar.

Ətrafınızdakı hər kəsdən eyni cümləni eşitməkdən bezmiş ola bilərsiniz amma məşq etmək fiziki olaraq işə yaradığı kimi həyata müsbət baxmağınızı da təmin edir. Daha intizamlı olmanıza kömək edir. Yeni başlayanlar üçün, məşq etmək sizi daha yaxşı hiss etdirəcək və özünüzə güvənməyinizi təmin edəcəkdir.


Başqaları ilə nəzakətli bir şəkildə ünsiyyət quran insanların daha xoşbəxt olduğu araşdırmalar nəticəsində ortaya çıxmış bir gerçəkdir. Çünki başqalarına nəzakətli davrandığınız zaman yaxşı bir adam olduğunuzu hiss edirsiniz və daha əhvallı, optimist və pozitiv olursunuz.


Pis keçən bir iş günü və ya bir itki yaşadığınız zaman, dostlarınız tərəfindən gələn dəstək çox təsirli və müsbət bir şeudir. Dostlar, ailə və bir partner tərəfindən təmin edilən dəstək sizə güvən içində yaşadığınız həyat hissi qazandıracaqdır.


Həyatınızda çox əhəmiyyətli yer tutan şeyləri müəyyən etdikdən sonra digərlərini həyatınızdan çıxara bilərsiniz. Həyatınızı asanlaşdırmağın ən sadə yolu budur. Beləcə əhəmiyyətsiz olan və diqqətinizi dağıdacaq şeylərdən xilas olmuş olacaqsınız.