Həyatınızda bəzi dəyişikliklər etməyin zamanı gəlib. Elə deyilmi? Siz fərqində olmaya bilərsiniz, amma həyatın sizə mesajları var.



1- Cümə günlərini artıq həyəcanla gözləmirsiniz.

Həftənin bəlkə də ən gözəl günü cümədir. Şənbə günləri işdə olsanız belə bu cümə gününün gözəlliyinə təsir etməməlidir. Həftəsonu üçün plan qurmalısınız, çünki həftəsonu sevdiyiniz insanlara və özünüzə zaman ayıra biləcəksiniz. Әyləncəli söhbətlər və hobbiləriniz üçün həftəsonlarını çox yaxşı qiymətləndirin, çünki o çox sevmədiyiniz bazar ertəsi çox yaxındadır… 🙂


2- Bütün ili bir həftəlik tətil üçün işləyirsiniz.

Tətilə çıxmaq əyləncəli və həyəcanvericidir, amma bütün ilini ona mərkəzli yaşamaq çox cansıxıcı olur. İl ərzində əylənə biləcəyiniz bütün zamanları ən yaxşı şəkildə qiymətləndirin. Edəcəklərinizi bir neçə həftəlik tətil üçün saxlamaq yerinə anı yaşayın.


3- Sizi xoşbəxt edən şeylərin fərqində deyilsiniz.

Həyatınızda sizi xoşbəxt edən 3 şeyi düşünün. Onlara nə qədər zaman ayırırsınız? Onlara zaman ayırmaq, sizi xoşbəxt edəcəkdir. Əgər belə bir siyahınız yoxdursa, sahib olmanın zamanı gəlməyibmi?


4- Sizi həyəcanlandıran yeni fikirlərə sahib deyilsiniz.

Həyatınız daim təkrarlanan standartlar üzərində irəliləyirsə, dəyişiklik etmək zamanı gəlmiş deməkdir. Kim olduğunuzu, nələri daha çox sevdiyinizi tapmaq üçün kəşfə çıxın. Yeni insanlarla birlikdə, yeni şeylər öyrənmək üçün özünüzə vaxt və enerji ayırın.


5- Ən son nə vaxt rahat, komfortlu və çox xoşbəxt bir an yaşadığınızı xatırlamırsınız.

Rahatlıq və xoşbəxtlik anlayışı insandan-insana dəyişir, amma gözəl anlarınızı yaşamağı təxirə salmayın, çünki həyat o qədər uzun deyil. Sizə problemlər yaşadan düşüncələrdən bir neçə saatlıq və yaxud bir neçə günlük uzaqlaşmaq çox şeyi həll etməyə kömək edə bilər.


6- Son zamanlar qısqandığınız insanlar çoxalmışdır.

Әgər son zamanlar qısqandığınız insanlar çoxalmışdırsa, onların qısqandığınız xüsusiyyətlərindən ilham alın və onları bacaracağınızı hədəfləyin.


Həyatınızdakı dəyişikliklərə bu kiçik addımlarla başlasanız, qısa zaman ərzində həyatınızda fərq yaratmış olacaqsınız.