1. Siqaret çəkmə, içki içmə, gec yatıb, gec durma.
Bu vərdişləri nə qədər tezdir tərgit! Yaşlandıqca bunları tərgitmək daha çətin, hətta mümükünsüz olacaq.
2. Əgər çıxılmaz vəziyyətdə deyilsinizsə, çalışın borc götürməyəsiniz.
Nə biznes üçün, nə maşın üçün, nə də sevdiyiniz adam hədiyyə almaq üçün borc götürməyin. Pulun yoxdursa, borcdan başqa bütün variantları nəzərdən keçir. Kredit, borc – kasıbçılığa aparan ilk addımdır.
3. Birdəfəlik yadında saxla: heç kim sənə heç nə borclu deyil!
Nə valideynlər, nə dövlət, nə də ki cəmiyyət. Özün qazanmasan, heçnə əldə etməyəcəksən.
4. Müəyyən şeylərdə özünü məhdudlaşdırmağa öyrət.
“Həyatda bir dəfə yaşayırıq” kimi ifadələri tez-tez işlədib bu prinsiplə gəncliyini keçirsən, qocalıqda çox peşiman olacaqsan. Bu ifadənin arxasında əksər hallarda utanc və peşimanlıq hissi dayanır.
5. Özünə hörmət et.
Bu o deməkdir ki, özünü göstərmək üçün yalan danışma, boş yerə forslanma və qiymətli kimi görsənən əslində isə cüzi dəyərə malik olan əşyalarla öz şəxsiyyətini müəyyən etməyə çalışma. Sənin özünədəyər hissin geyindiyin geyimlərdən, işlətdiyin telefondan, idarə etdiyin maşından asılı olmamalıdır. Çünki, onlar əşyalardır. Bu gün var, sabah yoxdur. Özünü əşyalara görə dəyərləndirsən, səni də ancaq onlara görə “sayacaqlar”.
6. İnsanlara hörmət et.
Ətrafına, cəmiyyətə hörmətlə yanaşmaq düzgün, sağlam düşüncəli insanın xüsusiyyətidir.
7. Heç vaxt “psixlənmə”.
Çalış həmişə özünü ələ ala biləsən. Bütün görkəmli şəxslər nəzakəti, səbri və korrektliliyi ilə seçilir.
8. Lazımsız xərclərdən uzaq dur.
Telefonun yaxşı işlədiyi halda yeni modeli dostlarına göstərmək üçün almaq bu qədər mi vacibdir? Bu gündən qənaət etməyə və lazımsız xərclərə yol verməməyə başlasan, tezliklə buna görə özünə “sağol” deyəcəksən.
9. Məsuliyyətli ol, məsuliyyətlə işini gör.
Karyerada çiçəklənməyə aparan yol əksər hallarda aşağı maaşla dəyərləndirilən əməkdən başlayır. Məsuliyyətli işçi hər yerdə dəyərləndirilir və gec-tez yüksəliş əldə edir.
10. Çalış ehtiyat pul yığasan.
Pulunuzun itməməsi üçün, onları daşınmaz əmlaka, qiymətli kağızlara, banka depozit şəklində yatıra bilərsiniz.
11. Tənbəllik etmə.
Bu pis vərdişi, hissi nə olur olsun, tərgit. Lazım gəlsə, hətta özünü döy, danla!. Saatlarla internetdə, sosial şəbəkələrdə, mənasız oyunlar oynamaqla keçirmə.