Bizim ifadə etdiyimiz sözlər, yerinə yetirdiyimiz hərəkətlər əvvəlcə fikirlərdə yaranır. Əgər biz hansısa işi yerinə yetirəcəyimizi düşünürüksə, həmin iş həyata keçir. Əksinə olaraq əvvəldən mənfi fikirlərlə yüklənmiş olsaq istəklərimizin həyata keçirmək üçün heç cəhd də etmirik.
Çox təəssüf olsun ki, neqativ fikirlər, özünə inamsızlıq bir çox istedadlı insanların potensialının aşkar olunmasına mane olur. Düzdür, həmin insanlar ilk addımlarını atırlar, lakin kiçik bir uğursuzluq yaxud çətinlik yaşadıqda ruhdan düşürlər. Ruhdan düşməmək üçün, təslim olmamaq üçün anlamalıyıq ki, istənilən uğurun yolunda uğursuzluqlar baş verir. Məhz uğursuzluqlar bizə dərs olur, təcrübə qazandırır. Uğursuzluqlar – əzələlərə göstərilən fiziki yüklənmə, təzyiq kimidir. Bu ağrılı və xoşagəlməz prosesdir, lakin ağrı və xoşagəlməz hisslər olmadan əzələ böyüyə bilməz.
Həyatdakı böyümə, inkişaf üçün uğursuzluq ağrılarına dözmək lazımdır. Əgər biz arzu və məqsədlərimiz uğrunda mübarizədən imtina etsək heçnə əldə etməyəcəyik.
Uğursuzluq faciyə deyil. Uğursuzluğu hər kəs yaşaya bilər və bunun öhdəsindən gələ bilər. Əsas odur ki, bu uğursuzluqdan nəticə çıxardasan. Uğursuzluğa pis hadisə kimi deyil, vacib təcrübə kimi yanaşmaq lazımdır.
Uğursuzluq insanın inadkarlığına qalib gələ bilməz! Axır-əvvəl bezib insanı buraxır. Buna görə də heç vaxt təslim olmayın.
İnsanın həyatında olan uğursuzluqların geniş yayılmış 4 səbəbi:
1. Həyatda heç bir məqsədin olmaması. 100 nəfər uğursuz insandan 90 nəfərinin həyatda heç bir məqsədi yoxdur. Məqsəd olmalıdır ki, insanın daim irəliləməyə səbəbi osun.
2. Təhsil yoxdur. Çox güman ki, ağlınıza ilk gələn hələ ali təhsili başa vurmamağınız oldu. Siz yanılırsınız. Formal təhsil insanın savadında yalnız 2-ci yeri tutur. Stiv cobs, Bill Qeyts heç ali təhsillərini başa vurmamışdılar. Ən vacib və mühüm olan – insanın özünə verdiyi təhsildir. Savadlı, təhsilli insan olmaq üçün diploma malik olmaq vacib deyil. Daima özünüz özünüzə təhsil verin, inkişafa meyilli olun.
3. Zəif səhhət. Sizin bankda hesabınız, qarajda bir neçə avtomobiliniz, nəhəng villanız ola bilər, amma səhhətinizdə problemlər olarsa, dünya nemətlərindən həzz ala bilməzsiniz heç vaxt. Səhhətinizə diqqət yetirin, onu qoruyun!
4. ”Sabah edərəm“. Bütün işləri sabaha təxirə salmaq kimi pis vərdişdən bir çoxları əziyyət çəkir. Bunun əsas səbəbi insanların daima uyğun vaxt axtarışında olmasıdır. “Uyğun vaxt “ , “Uyğun zaman“ anlayışı yoxdur. Uyğun vaxt – elə indi , burada keçən dəqiqələrdir! Fəaliyyəti təxirə salmayın, ağlınıza düşən kimi hərəkətə keçin.