Yediyiniz qida məhsullarında şəkərin miqdarına diqqət edirsinizmi? 

Sugarstacks.com saytının yaradıcıları qida məhsullarında şəkərin miqdarını araşdırmış və daha aydın olması məqsədilə ölçü vahidi kimi qəndləri götürmüşdür. Araşdırma zaman məlum olmuşdur ki:

  • Coca-Colanın tərkibində şəkərin miqdarı 16 kub qəndə bərabərdir

  • Snickersin tərkibində isə cəmi 8 kub qənd mövcuddur

  • Portağalın tərkibində şəkərin miqdarı 6 kub qəndə bərabərdir

  • Vanilli dondurmanın tərkibində isə 11 kub qənd mövcuddur

  • Quru üzümün tərkibində şəkərin miqdarı 8 kub qəndə bərabərdir

  • Çiyələkli yoqurtun tərkibində isə 7 kub qənd mövcuddur

  • Almanın tərkbində şəkərin miqdarı 6 kub qəndə bərabərdir

  • Çiyələyin tərkibində isə cəmi 2 kub qənd mövcuddur

  • Qarpızın tərkibində şəkərin miqdarı 5 kub qəndə bərabərdir

  • 1 stəkan südün tərkibində şəkərin miqdarı 2 kub qəndə bərabərdir

  • Yer kökünün tərkibində isə cəmi 1 kub qənd mövcuddur