Britaniyanın sağlamlıq və gigiyena sahəsində ekspertləri insan tərəfindən sağlam vərdiş kimi qəbul olunan, lakin əslində zərərli təsirə malik olan vərdişlərin siyahısın hazırlayıblar. Onlardan bəzilərini sizlərə təqdim edirik:

http://imageshack.com/a/img908/1984/xSapbz.jpg

Hər gün duş qəbul etmək. Qaynar su, sabun və duş gellərindən daimi istifadə dərini onun özünün təbii yağlarından mərhum edir, qurumaya, infeksiyaların aktivləşməsinə və çoxalmasına səbəb olur. Yox, əgər duş qəbul etmək sizin gününüzün ayrılmaz hissəsinə çevrilibsə, o zaman çalışın ki, gündəlik olaraq sərin su və yüngül tərkibli, az köpüklənən sabunlardan istifadə edəsəniz.


http://imageshack.com/a/img631/880/GjGrWX.jpg

Gün ərzində 8 saat yuxu. Faydalı vərdişlər arasında tez-tez sağlam və tam yuxu yada salınır, lakin sübut olunmuşdur ki, bir çox insanlarda gün ərzində yatılmış 8 saat dərin yuxu daimi yuxusuzluq hissinə gətirib çıxara bilir. Britaniyalı alimlər araşdırmalar apararaq müəyyən ediblər ki, çox yatmaq daimi yuxusuzluq, yorğunluq, əzginlik hallarına gətirib çıxarır. Həmçinin alimlər qeyd edirlər ki, mütləq deyil ki, bütün gecəni yatasınız. Saat 22:00-dan 02:00-dək yatılan yuxu ən sağlam yuxu hesab olunur və insanı sutka ərzində enerji ilə bərpa etməyə kifayət edir.


http://imageshack.com/a/img913/9294/BNryAz.jpg

Dişlərin su ilə yaxalanması. Dişləri fırçaladıqdan sonra yarım saat heçnə içmək olmaz, çünki su diş pastasından sonra yaranan qoruyucu ftor təbəqəsini yuyub aparır.


http://imageshack.com/a/img538/2622/6ogvVo.jpg

Nahar və günorta yeməyindən sonra dincəlmək. Əgər “bütün qarına” yemək yemisinizsə, tez divana uzanmağa tələsməyin, çünki bu zaman orqanizm kaloriləri yandırmaq əvəzinə, sizinlə bərabər dincəlməyə başlayır. Belə olduqda isə piylənmənin yaranması üçün əsas yaranır.