Gündəlik həyatımızda bəzən heç özümüzün də anlamadığını mənasız hərəkətlər edirik. Həmin an bunun səbəbini bizdən soruşsalar, heç onu da deyə bilmərik. FaktXəbər olaraq bu gün sizlərə həmin hərəkətlərdən bəzilərini nəzərinizə çatdırıram.
Soyuducunu açmaq, baxmaq və yenidən bağlamaq
– Telefonda saata baxmaq, elə həmin dəqiqə də unutmaq
– Metroda qatarı gözləyərkən səbirsizliklə tez-tez tunelin içinə baxmaq (Guya belə olanda qatar daha tez gəlir)
– Mikrodalğalı soba növbəti dəfə yeməyin hazır olduğu barədə siqnal verəndə: «Hə bildim də…» demək
– Mağazaya şəkər almaq üçün getmək, nəticədə isə bir sıra lazımsız şeylər alıb qayıtmaq, amma… şəkəri də unutmaq
– Vaxtı öldürmək üçün 101-ci dəfə havatəmizləyicinin üstündəki yazıları oxumaq
– Liftin tez gəlməsi üçün düyməciyi basılı tutmaq
– Çay paketinin ipini fincanın qulpuna dolamaq, yumaq lazım gəldikdə isə onun dolaşığını açmaq üçün vaxt itirmək
– Açarı itirməmək üçün cibə qoymaq, sonra da uzun müddət axtarmaq.
– Oxuduğun və xoşuna gəldiyi mətnin bir hissəsini kursorla seçmək.
– Pultun batareyası öldüyünü bilə-bilə, düyməciyə möhkəm basmaq.
– Yuxudan durmaq üçün zəngli saatı 5 ayrı-ayrı vaxta qurmağa baxmayaraq, çıxmağa 15 dəqiqə qalmış yuxudan durmaq
– 15 dəqiqədən bir facebook və ya digər sosial şəbəkələrə girib «təzə nə var, nə yox», deyə baxmaq
– Asfaltın üzərində olan çatları tapdalamamağa çalışmaq…
– Asfaltın üzərində olan çatları tapdalamamağa çalışmaq…