Bəzən gündəlik qrafikimizə idman zalında məşqləri sığışdıra bilmirik. Məhz həmin günlərdə köməyə sadə və bir o qədər də effektiv çalışmalar gəlir.
Həmin çalışmalardan biri də ayaqları gün ərzində 20 dəqiqə ərzində yuxarı qaldırmaqdır. İlk öncə bu çalışmanın düzgün edilmə qaydasına nəzər salaq:
- Divara yaxın uzanın və ayaqlarınızı yuxarı qaldırın. Belinizin altına kiçik yastıq və ya yuvarlanmış dəsmal yerləşdirin. (Fotoda göstərildiyi kimi)
- Əllərinizi divara doğru uzadın və tam sərbəst buraxın. (Fotoda göstərildiyi kimi)
- Geyiminiz rahat olduğundan əmin olun.
- Bu formada 15-20 dəqiqə uzanın.
Bu çalışmanı hər gün təkrar etdiyimiz təqdirdə bədənimizdə hansı dəyişikliklərbaş verəcək?
- Bu çalışmayın etdiyiniz zaman nəfəsinizi qaydaya düşdüyünü hiss edəcəksiniz. Hüceyrələr oksigenlə dolacaq və qan dövr edərək bütün orqanları faydalı maddələrlə təmin edəcək. Beləliklə, sinir sisteminiz rahatlıq tapacaq.
- Ayaqları yuxarıya doğru qaldırmaq həm də bağırsaqların funksiyasına müsbət təsir göstərir və həzm prosesini yaxşılaşdırır.
- Ayaqlarda olan şişginliklərin səbəblərindən biri qan dövranının pozulmasıdır. Ayaqların yuxarıya doğru uzadılması isə qan dövranını yaxşılaşdırmaq üçün mükəmməl üsuldur.
- Dikdabanlar hər bir xanımın yaraşığıdır, ancaq belə ayaqqabıların müntəzəm olaraq istifadə edilməsi sağlamlığa zərər verir. Dikdabanların üzərində keçən gündən sonra sözü gedən çalışmanı etmək ayaqlarınızı rahatladacaq və əzələ gərginliyini aradan qaldıracaq, həm də ayaqlarınızı növbəti dikdabanlı gün üçün hazır vəziyyətə gətirəcək.
Qeyd etməliyik ki, bu çalışmanı bel və ayaq zədələri almış insanlara etmək məsləhət görülmür.