Yerin cazibə qanunun kəşf edilməsinə təkan olan meyvə sağlamlıq üçün olduqca faydalıdır. Elmi araşdırmalar göstərmişdir ki, hər gün 1 alma yesəniz:
- Yaddaşınız güclənəcək
Almanın qabığında güclü bir antioksidant mövcuddur. Kversetin kimi tanınan bu antioksidant beyin hüceyrərini qorumaqda C vitaminindən belə effektivdir. Yəni, hər gün bir alma ilə yaddaşınızı gücləndirəcək və nevroloji xəstəliklərin yaranmasının qarşısını almış olacaqsınız.
- Xərçəngin qarşı alınacaq
Bəli, almanın tərkibində çox miqdarda olan flavonoidlər, xərçəngə səbəb olan azad radikalları deaktivləşdirir və döş, bağırsaq, qaraciyər xərçəngini önləyir.
- Arteriyalar təmizlənəcək
Meyvənin tərkibində olan liflər, arteriyaları artıq xolesterindən təmizləyir və ürək-damar xəstəliklərinin yaranmasına əngəl olur.
- Şəkərli diabetə tutlmaq riskiniz azalacaq
Tərkibində olan pektinin köməyi ilə alma orqanizmi ağır metallardan təmizləyir və şəkərin miqdarını tənzimləyir.
- İnsult keçirmək təhlükəsi sıfıra bərabər olacaq
Wageningen Universitetinin apardığı araşdırmalar göstərmişdir ki, alma yeyən insanlar digər insanlardan fərqli olaraq instult keçirmə təhlükəsi ilə üz üzə qalmır.
- Bağırsaqlar daha yaxşı işləyəcək
Alma ishal və qəbizlik problemlərini aradan qaldırır, babasil və diverkulitin qarşını alır, çünki hər bir alma dilimində 5 qram lif vardır.
- Artıq çəkidən azad olacaqsınız
Almanın yağları yandırdığını iddia etmək tamamilə yalnış olar, lakin alma, bütün pəhrizlər üçün əvəzolunmazdır. Az kalorili olmasına baxmayaraq, alma uzun müddət tox saxlayır.
- Yuxunun keyfiyyətini yaxşılaşacaq
Tərkibində fosfor olduğu üçün alma sakitləşdirici təsir göstərir və yuxusuzluqla mübarizə aparır.
- Dişlərin sağlamlığı təmin olunur
Təbii diş fırçası sayılan alma ağız boşluğunu bakteriyalardan təmizləyir, kariyesin yaranmasını önləyir.
- Sümüklər möhkəmlənir
Hər kəsə məlumdur ki, kalsium sümüklərin əsas ehtiyaclarından biridir. Alma isə kalsium ilə yanaşı, həm də minerallar ilə zəngindir.