Sən demə qucaqlaşmaq hər kəsə xoş olmaqdan əlavə, həm də hər kəs üçün faydalı imiş. Alimlər tərəfindən sübut olunmuşdur ki, qucaqlaşmaq:
- İmuniteti gücləndirir
20 saniyədən uzun çəkən qucaqlaşma oqranizmə sakitləşdirici təsir göstərir və xəstəliklərə qarşı dayanıqlılığı artırır.
- İştahı azaldır, çəki atmağa kömək edir
Hər iki hiss ruhumuzdaki boşluqları doldurur və stresə düşərək, boşluqları yeməklə doldurmaq istəyini dəf edir.
- Vaxtından erkən qocalmanın qarşısını alır
Stres səviyyəsinin düşməsi və iltihabların aradan qalxması isə orqanizmdə qocalma prosesini ləngidir.
- Çətin anlarda həyat eşqi və güc verir
Qucaqlaşma prosesi bütün günə yetəcək qədər enerji verir və əhval-ruhiyyəni qaldırır. Belə olduğu halda isə insanı heç bir problem yıxa bilmir.
- Depressiyadan azad edir və xoşbəxtlik bəxş edir
Qucaqlaşdığımız zaman stres hormonu kortizolun səviyyəsi düşür və xoşbəxtlik hormonu serotonin taxtı ələ keçirir. Beləliklə, sinir sistemində də sakitlik hökm sürür.